Barak Obama

Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti

Barak Hüseyn Obama (ing. Barack Hussein Obama; 4 avqust 1961[1][2][…], Honolulu[1]) — ABŞ siyasətçisi, ABŞ-nin 44-cü prezidenti (20 yanvar 2009 – 20 yanvar 2017). Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatının kiçik senatoru olub. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. ABŞ-nin ilk afroamerikalı prezidentidir.

Barak Obama
ing. Barack Obama
20 yanvar 2009 – 20 yanvar 2017
Vitse-prezidentCo Bayden
ƏvvəlkiCorc Volker Buş
SonrakıDonald Tramp
bayraq
13-cü dairədən İllinoys
Senatının üzvü
bayraq2
3 yanvar 2005 – 16 noyabr 2008
QubernatorDik Durbin
ƏvvəlkiPiter Fitzcerald
SonrakıRoland Burris
Şəxsi məlumatlar
Doğum adı Barack Hussein Obama II[1]
Doğum tarixi 4 avqust 1961(1961-08-04)[1][2][…] (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, siyasi publisist[d], dövlət xadimi, hüquqşünas, podkaster, akademik[d], memuarçı
Anası Stenli Enn Danhem[1]
Həyat yoldaşı
Uşaqları 2
Dini protestantlıq
Elmi fəaliyyəti
Elm sahəsi konstitusiya hüququ[4][5]
Elmi dərəcəsi

Təltifləri "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru Order of the Rajamitrabhorn
"Nobel" sülh mükafatı Grammy Award for Best Audio Book, Narration & Storytelling Recording
Prezident medalı
Grammy Award for Best Audio Book, Narration & Storytelling Recording
Order of Sikatuna
ABŞ Milli Elmlər medalı
İmzanın şəkli
barackobama.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhemdir. Keniyadan olan 27 yaşlı atası ilə Kanzasdan olan 18 yaşlı anası Havay Universitetində tanış olmuşlar. Valideynləri onun doğulmasından altı ay əvvəl, 2 fevral 1961-ci ildə Havay adalarının Vailuku şəhərində toy etmişdir. 1961-ci ilin avqustunda, anası onu yanına alaraq Sietl şəhərinə köçmüşdür. Obamanın valideynləri 1964-cü ildə boşanıb. Atası 1964-cü ildə vətəni Keniyaya qayıdaraq üçüncü dəfə ailə həyatı qurmuşdur. 1982-ci ildə isə avtomobil qəzası nəticəsində həlak olur.

Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.

1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.

1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.

1997–2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992–2004-cü illərdə Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.

Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.

2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olmuşdur.

2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-nin 44-cü prezidenti seçilmişdir.

2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülmüşdür.

20 yanvar 2017-ci il tarixində ABŞ prezidenti postunu Donald Trampa təhvil vermişdir.

Mişel Obama ilə evlidir, iki qızı vardır.

Xronologiya

redaktə
  • 4 avqust 1961 tarixində ABŞ-nin Havay əyalətinin Honolulu şəhərində dünyaya gəlib.
  • 1967–1971 illərində İndoneziyanın Cakarta şəhərində yaşayıb.
  • 1971–1979 illərində Honoluluda yaşayıb.
  • 1983-də Nyu-Yorkdakı Kolumbiya Universitetinin Siyasi elmlər fakültəsindən məzun olub.
  • 1983–1987 illəri arasında Nyu-Yorkda yaşayıb.
  • 1991-ci ildə Harvard Universitetinin hüquq diplomunu alıb
  • 1996 da İllinoys senatosuna seçildi.
  • 2 noyabr 2004-cü ildə ABŞ senatosuna seçildi.
  • 10 fevral 2007 də İllinoys ştatının Sprinqfild bölgəsində ABŞ prezidentliyinə namizədliyini qoydu.
  • 3 iyun 2008 də Demokratlar partiyasının ön seçimlərini qazandığı dəqiqləşdi.
  • 25 iyul 2008 də Almaniyaya getdi. Təqribən 200.000 nəfərə xitab etdiyi nitqdən bir hissə:"İrqlər və cəmiyyətlər;yerlilər və miqrantlar;Xristiyanlar, Müsəlmanlar və Yəhudilər arasındakı divarlar tikilməyə davam etməməlidir. Bu divarlar indi dağılmalıdır."
  • 30 iyul 2008 də CNN kanalında yayımlanan 28 iyul da baş vermiş seçimlərin nəticələrinə görə, Obama %45 Makkein %40 səs toplamışdır.
  • 20 yanvar 2009-cu ildə and içərək rəsmi ABŞ prezidenti oldu.
  • 20 yanvar 2017 də postunu Donald Trumpa təslim etdi.

Biblioqrafiya

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə