Sumatra (bəzən Sumatera) İndoneziyanın qərbində bir adadır. Sunda adalarının ən qərbində olanıdır. 475,807.63 km2 ərazisi ilə dünyanın ən böyük altıncı adasıdır. Ayrıca tamamiylə İndoneziyaya aid ən böyük ada ünvanına da sahibdir (digər iki ada, Borneo ve Yeni Qvineya, qismən İndoneziyada yer alırlar). Ən böyük şəhəri 2.400.000 nəfərlik əhalisi ilə Medandır.

Sumatra
ind. Sumatra, malay Sumatera, açex. Ruja, Sumatra
Ümumi məlumatlar
Sahəsi 473000 km²
Uzunluğu
  • 1.700 km
Eni 370 km
Sahil uzunluğu 4.869 km
Hündür nöqtəsi 3800 m
Əhalisi 50.600.000 nəfər (2010-cu il)
Yerləşməsi
0°23′44″ şm. e. 101°46′38″ ş. u.HGYO
Ölkə  İndoneziya
Əyalətlər
Sumatra xəritədə
Sumatra
Sumatra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

redaktə

Sumatra qədim çağlarda adada olan bol miqdarda qızıl mədənlərindən ötrü[1] Sanskritcə Swarnadwīpa ("Qızıl adası") və Swarnabhūmi ("Qızıl torpaq") adlarıyla bilinirdi. Sumatra adını ilk olaraq 1017-ci ildə Çinə elçi göndərən Srivijaya kralı Sumatrabhumi ("Sumatra torpaqlarının kralı") işlətdi. X–XIII yüzillərdə Ərəb coğrafyaçılar Açeyə yaxın bir krallıq olan Lamriyə ithafən Sumatra adası üçün Lamri (Lamuri, Lambri və ya Ramni) adlarını işlətdilər. XIV yüzilin sonlarında Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra olaraq yayqın bir şəkildə işlənməyə başlandı.

İdarəsi

redaktə

Sumatranın vilayətləri:

Coğrafiyası

redaktə

Böyük şəhərləri

redaktə

Sumatra adasının ən böyük yerləşim birimləri The World Gazetteer tərəfindən 2009-cu ildə aparılan araşdırmaya görə:[2]

Siralama Şəhər, vilayət Əhali
1 Medan, Şimali Sumatra 3,418,645
2 Palembang, Cənubi Sumatra 1,271,855
3 Padang, Qərbi Sumatra 960,184
4 Bandar Lampung, Lampung 916,561
5 Pekanbaru, Riau 763,275
6 Jambi, Jambi 454,686
7 Bengkulu, Bengkulu 373,243
8 Açe, Açe 287,769
9 Pematang Siantar, Şimali Sumatra 209,568
10 Lubuklinggau, Cənubi Sumatra 189,371

İstinadlar

redaktə
  1. A Kingdom of Words: Language and Power in Sumatra, Oxford University Press, 1999, isbn=983560035X
  2. "Arxivlənmiş surət". 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.