BTR-70
BTR-70 | ||
---|---|---|
BTR-70 | ||
Ümumi Xüsusiyyətləri | ||
Vəzifəsi | Zirehli Döyüş texnikası | |
Tutum | 10(3+7) personal | |
Xidmətə Giriş | 1980 | |
İstehsalçı | SSRİ | |
Ölçülər | ||
Uzunluq | 7.53 m | |
Genişlik | 2.80 m | |
Yüksəklik | 2.26 m | |
Ağırlıq | 11.5 ton | |
Zireh | 9 mm (öndə) 7 mm (yanlarda) | |
Motorlar | benzin ZMZ-4905 120 hp | |
Güc | 88.2 kW (x2) | |
Performansı | ||
Yolda Sürəti | 80 km/s, suda 9 km/s | |
Mənzili | 400–600 km | |
Elektroniklər | ||
Atış Sistemi | ||
Silahlar | ||
Əsas Silah | 14.5 mm KPVT pulemyot | |
Yedək Silah | 7.62 mm PKT pulemyot |
BTR-70M döyüş modulu Şimşək
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin üzərində əsaslı sürətdə modernizasiya və təkmilləşmə apardığı BTR-70 yeni döyüş qabiliyyəti qazanmışdır. Belə ki, zirehli transportyorun üzərində yerləşən yerli istehsal “Şimşək” qülləsində 23 və ya 30 mm-lik 2A14 tipli avtomatik top və 7.62 mm-lik PKT pulemyot yerləşdirilir ki, bu da döyüş zamanı heyətə atəş üstünlüyü qazandırır. Həmçinin bu transportyotun silahlandırılmasında 57 mm-lik raketlərdən də istifadə olunacaq. Maşının silah kompleksinə 500+500 patron daxildir. Maşının üfüqi tuşlama bucağı 360 dərəcə, şaqüli tuşlama bucağı isə +90 dərəcədən -20 dərəcəyə qədərdir. Döyüş modulunda yer alan topun nişan alma məsafəsi 2000 metr, pulemyotun isə 1500 metrdir. “Şimşək” modulunun üstün cəhəti gecə və gündüz görmə kamerası və termal kamerasının olmasıdır. “Şimşək” modulu həmçinin lazer hədəf nişanlayıcısı, holoqrafik nişangah, ballistik kompüter və silah sistemlərinin idarə edilməsinə malikdir. Əsas xüsusiyyətlərindən biri isə atəşə mükəmməl nəzarət sisteminin olmasıdır. Bu döyüş modulu öz universallığı ilə də analoqlarından fərqlənir. İstəkdən və şəraitdən asılı olaraq döyüş moduluna həm qərb, həm də keçmiş sovet istehsalı olan 7.62, 12.7, 14.5, 20, 23 və 30 mm-lik çaplı pulemyot və topları yerləşdirmək mümkündür. Modulun konfiqurasiyasına əl ilə idarə edilən qüllə və RWS məsafədən idarə edilən silah sistemi daxildir. Modulun qorunma dərəcəsi STANAG 4569/AEP555 L1-L4. Modulun kütləsi konfiqurasiyadan asılı olaraq 700 kq ilə 1000 kq arasında dəyişir. Şəxsi heyəti qorumaq için döyüş maşını daxildən “Kevlar” zirehi ilə təchiz olunmuşdur. Bundan başqa, transportyorda standart naviqasiya sistemləri, GPS və kondisioner yer alır.
Maşının uzunluğu 7.535 metr, eni 2.80 metr, hündürlüyü 2.32 metr, çəkisi isə 12000 kq təşkil edir. Döyüş maşını 260 at gücünə malik (176.5 kVt) Kamaz-740.11-240 turbo dizel mühərrikə sahibdir. Şossedə 90 km/saat sürətlə hərəkət edə bilən transportyorun, ehtiyat yanacaqla qət etdiyi məsafə 800 km-dir.
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]- Ermənistan - 20, bəziləri dizel motorl və 23 mm-lik silahla təkmilləşdirilib.
- Azərbaycan - 259
- Belarus - 446[1]
- Gürcüstan - 45
- Banqladeş - 55+
- İran - 1000
- Qazaxıstan - 45
- Qırğızıstan - 45
- Şimali Makedoniya - 58 SPW 70, SPW 70(S) və BTR-70D
- Moldova - 5
- Monqolustan - 40
- Nepal - 135
- Pakistan - 750
- Rumıniya - 170 TAB-77
- Rusiya - 2,000
- Ukrayna - 1,026[2]
- Özbəkistan - 36
- Tacikistan - 2[3]
- Türkmənistan - 170
- Vyetnam - 150
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Belarus Army Equipment". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "Ground Forces Equipment - Ukraine". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "Tajik-Army Equipment". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.