Alois Hitler
Alois Hitler | |
---|---|
Alois Schicklgruber | |
| |
Doğum tarixi | |
Doğum yeri | Avstriya İmperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşları |
Anna Glasl-Hörer (1873-1880) Franziska Matzelsberger (1883-1884) Klara Pölzl (1885-1903) |
Uşaqları |
Jr. Alois Hitler Angela Hitler Gustav Hitler (2 yaşında) İda Hitler (1 yaşında) Adolf Hitler Otto Hitler (bir neçə gün) Edmund Hitler (5 yaşında) Paula Hitler |
Atası | Johann Georg Hiedler |
Anası | Mariya Şiklqruber |
Fəaliyyəti | arıçı, gömrük məmuru |
Vikianbarda əlaqəli mediafayllar |
Alois Hitler (doğum adı: Alois Yohann Şiklqruber; alm. Alois Johann Schicklgruber; 7 iyun 1837[2] – 3 yanvar 1903[3], Lins, Sisleytaniya[1]) — Avstriyalı bir məmur; alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin atasıdır.[4]
Gənclik illəri
[redaktə | mənbəni redaktə et]Alois Hitler 1837-ci ilin 7 iyun tarixində 42 yaşlı subay bir qadın olan Mariya Şiklqruberin oğlu olaraq Şiklqruber soyadı ilə dünyaya gəldi. Onun əsl atası isə anasınn xidmətçi işlədiyi evin sahibi, bir yəhudi bankir olan Leopold Frankenberqer idi. Döllersheim kilsəsində keçirilən vəftiz mərasiminin sonunda vəftiz kağızındakı ata adı hissəsi boş saxlanıldı və rahib kiçik oğlanı "qeyri-qanuni" övlad olaraq elan etdi.[5][6][7] Mərasimin ardından anası ilə birlikdə atası Yohann Şiklqruberin evində yaşadılar. Bir müddət sonra Yohann Georg Hiedler Şiklqruber ailəsinin evinə köçdü. Alois 5 yaşında ikən anası Yohann Georq Hiedler ilə evləndi. Ardından bir müddət ögey əmisinin kənd evində yaşayan Alois burada çəkməçilik öyrəndi. 13 yaşında bu kənd evindən ayrılan Alois Vyanaya getdi. Bir müddət çəkməçi olaraq burada yaşayan Alois 1855-ci ildə Avstriya Maliyyə Nazirliyində gömrük işçisi olaraq işləməyə başladı. Alois Şiklqruber iş həyatında sürətlə yüksəldi. Ancaq yetərli təhsili olmadığı üçün yalnız gömrük müfəttişliyinə qədər yüksələ bildi.
İş həyatında yüksəlməkdə olan Alois bu vaxta qədər Şiklqruber soyadını istifadə etsə də, 1876-cı ilin ortalarında ögey atasının soyadını istifadə etmək istədi. Döllersheim'dəki kilsədə rahibin hüzuruna çıxdı və atasının Johann Georg Hiedler olduğunu irəli sürdü. 3 qohumunun da şahid olması ilə kilsə rahibi vəftiz kağızını dəyişməyi qəbul etdi. Bu qohumlardan biri onun ögey əmisi olan Johann Nepomuk oldu. Rəsmi dəyişikliklər isə 1877-ci ildən həyata keçirildi və Alois artıq "Hitler" soyadı ilə tanındı. Ancaq ögey atasının soyadı "Hiedler" olmuş, "Hiedler" soyadının "Hitler" olaraq dəyişmə səbəbi isə hələ də bilinmir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Qeyri-qanuni qızı
[redaktə | mənbəni redaktə et]1869-cu ilin əvvəllərində başlarında Alois Hitlerin Thekla Penz adlı bir xanımla münasibəti oldu. Bu münasibətin nəticəsində 1869-cu ilin 31 oktyabr ayında Tereza Penz adlı bir qız uşağı dünyaya gəldi. Ancaq bundan sonra Alois Hitler bu qız uşağı heç bir əlaqə qurmamışdır.
Evlilikləri
[redaktə | mənbəni redaktə et]Alois Hitler ilk dəfə evlənəndə 36 yaşında idi. Anna Glasl-Hörer gömrük məmurunun qızı olan 50 yaşlı varlı bir qadın idi. Evlənəndə xəstə idi. Ancaq bəzi mənbələr onun evləndikdən sonra xəstələndiyini qeyd edir.
İlk xanımı Anna ilə evləndikdən qısa müddət sonra, Alois Hitler Fanni Matzelsberger adlı bir qulluqçu ilə qeyri-leqal münasibətə başladı. Bir çox tarixçilərin yazdığına görə, Alois Hitlerin 1870-ci illərdə sayısız sevgilisi vardı. 7 noyabr 1880 tarixində Alois və Anna qarşılıqlı razılaşma yolu ilə boşandı. Boşandıqdan sonra 19 yaşlı Matzelsberger 43 yaşlı Alois Hitlerin sevgilisi oldu.
1876-cı ildə Hitler hələ Anna ilə evli ikən Klara Pölzl'ni ev xidmətçisi olaraq işə götürmüşdü. Klara Pölzl Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Matzelsberger'in istəyilə Alois Hitler uzaq qohumuna başqa bir iş tapdı. 13 yanvar 1882-ci ildə Matzelsberger Aloisin qeyri-qanuni oğlu olan balaca Aloisi dünyaya gətirdi. Qeyri-qanuni övlad olduğu üçün soyadı Matzelsberger oldu. Hələ də qanuni xanımı olan Anna Glasl-Hörer 6 aprel 1883-cü ildə vəfat etdikdən sonra Matzelsberger Alois Hitlerin qanuni xanımı olaraq anılmağa başlandı. Çox keçmədən — 22 may tarixində balaca bir mərasimlə 45 yaşlı Alois ilə 21 yaşlı Fanni evləndilər. Nəticədə Matzelsberger'dən dünyaya gələn balaca Aloisin soyadı dəyişdirilərək Hitler oldu.[8] Ardından 28 iyul 1883 tarixində Alois Hitlerin ilk qanuni övladı sayılan Angela Hitler dünyaya gəldi.
Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi.[9] Nəhayət, 10 avqust 1884 tarixində Matzelsberger vəfat etdi. Vəfatının ardında Klara Pölzl yenə də Aloislə birlikdə yaşamağa davam etdi.[9]
Klara Pölzl ilə evliliyi
[redaktə | mənbəni redaktə et]Çox keçmədən Klara hamilə qaldı. Ancaq Alois və Klara çox yaxın qohum idi. Buna görə də qanuni olaraq evlənə bilməzdilər. Nəhayət Alois Hitler Katolik Kilsəsinə bir məktub yazdı və 7 yanvar 1885 tarixində kilsədən gələn xüsusi icazə ilə Klara ilə Alois Hitler evləndi.[10][11]
Nikahdan 5 ay sonra — 17 may 1885 tarixində Klara və Aloisin ilk övladları olan Gustav dünyaya gəldi. Bir il sonra isə 25 sentyabr 1886 tarixində İda adlı bir qız uşağı dünyaya gəldi. Ancaq 1887-ci ildə Hitler ailəsinə difteriya xəstəliyi yayıldı. Nəticədə Hitler cütlüyünün dünyaya gələn hər iki övladı vəfat etdi. Ancaq Alois Hitlerin Fanni Matzelsberger ilə olan evliliyindən olan 2 övladı hələ də yaşayırdı.
20 aprel 1889-cu ildə Klara üçüncü övladı olan və gələcəyin siyasi lideri Adolfu dünyaya gətirdi. Adolf xəstə olaraq dünyaya gəlmişdi. Bu səbəblə anasının həddindən artıq nəvazişi ilə böyüdü. Atası isə 51 yaşında idi və bu səbəblə balaca Adolf ilə çox da maraqlanmırdı. 1892-ci ilin iyun ayında cütlüyün sonuncu övladı olan Otto dünyaya gəldi, ancaq balaca uşaq bir neçə gün sonra vəfat etdi. Bir müddət sonra Hitler ailəsi Aşağı Bavariyaya köçdü. O əsnada Alois Hitler 55, Klara Hitler 32, Alois Jr. 10, Angela 9, Adolf isə 3 yaşında idi.
Bir müddət sonra Linzdə yeni bir iş tapan Alois Hitler yenə köçmək istədi ancaq Klara ən kiçik oğlan uşaqları olan Edmundu yeni dünyaya gətirmişdir. Bu səbəblə burada qalmağa qərar verdilər.[12] 21 yanvar 1896-cı ildə Hitler ailəsinin sonuncu övladı olan Paula Hitler dünyaya gəldi. Bu illərdə Hitler daha çox ailəsi ilə məşğul olmağa başladı. 2 fevral 1900-cü ildə balaca Edmund qızılca xəstəliyinə tutuldu və vəfat etdi.
Alois Hitler oğlu Adolfun dövlət işində çalışmağını istəsə də, Adolf bununla razılaşmadı. Bir çox tarixçilərə görə, Alois öz övladlarını və Klaranı döyürdü. Hətta əsəbi vaxtlarında övladlarını anasının gözü önündə döyürdü.[13] Bu zülmə yalnızca Klaradan dünyaya gələn övladları deyil, onun Fanni dən dünyaya gələn oğlu Alois Jr. da məruz qaldı. Nəticədə Alois Jr. evi tərk elədi və atasının mirasından imtina etdi.[13][14]
Qocalıq illəri və ölümü
[redaktə | mənbəni redaktə et]1895-ci ilin fevral ayında Hitler Linz şəhərindən 48 km cənub-qərbdə kiçik bir ev aldı. Ailəsini bura gətirdi və 1895-ci ilin 25 iyun tarixində 40 illik bir iş həyatının ardından təqaüdə çıxdı.
3 yanvar 1903 tarixində səhər oyanan Alois Hitler yaxınlıqdakı kluba getdi. Burada anidən yerə yıxıldı. Həkim çağırılsa da, artıq çox gec idi. Alois Hitler böyük ehtimalla ürək çatışmazlığından vəfat edəndə Adolfun 13 yaşı var idi.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1187532568 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ https://data.matricula-online.eu/de/oesterreich/st-poelten/doellersheim/01-07/?pg=9.
- ↑ http://www.nndb.com/people/072/000052913/.
- ↑ ""Alois Hitler"". 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- ↑ Toland, John Adolf Hitler, Doubleday & Company, 1976, pp. 3–5.
- ↑ Shirer, William L The Rise and Fall of the Third Reich, Simon & Schuster, 1960, p. 7.
- ↑ Kershaw, Ian Hitler, 1889–1936: Hubris, WW Norton & Co, 2000, pp. 3–9
- ↑ ""Hitler As He Knows Himself", report by Walter Langer for the OSS" Arxivləşdirilib 1999-10-08 at the Wayback Machine. Nizkor.org. Retrieved 2014–06–15.
- ↑ 1 2 "The Mind of Adolf Hitler", Walter C. Langer, New York 1972 p. 114
- ↑ Alois petitioned the church for an episcopal dispensation citing "bilateral affinity in the third degree touching the second" to describe his rather complicated family relationship to Klara. The local bishop apparently believed this relationship was too close to approve on his own authority, so he forwarded the petition to Rome on behalf of Alois, seeking instead a papal dispensation, which was approved before the birth of the couple's first child. See Rosenblum article Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine.
- ↑ The marriage took place early in the morning, and Klara is said to have complained: "We were married at six o'clock in the morning, and my husband was already at work at seven."
- ↑ The Life and Death of Adolf Hitler, Robert Payne, 1973, p. 17
- ↑ 1 2 "The Mind of Adolf Hitler", Walter C. Langer, New York 1972 p.115
- ↑ Hamann, Brigitte (2010). Hitler's Vienna. New York: Tauris Parke Paperbacks. pp. 10–11. ISBN 978-1-84885-277-8.
- ↑ Mein Kampf, by Adolf Hitler, 4%