Flutter

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Flutter
Loqonun şəkli
Tipi proqram təminatı freymvorku
Müəllif Google
Tərtibatçı Google
Repozitoriya github.com/flutter/flutt…
Proqramlaşdırma dili C++, Dart[2]
Yayımlanma tarixi 23 oktyabr 2014
Sonuncu versiya
Sayt flutter.dev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

FlutterGoogle tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer,[3] Fuchsia, Android, iOS, Linux, macOSWindows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur.[4] İlk dəfə 2015-ci ildə bəhs edilən[5][6] Flutter 2017-ci ilin mayında yayımlandı.

Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi.[7] O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi.[8][9] 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.[10]

6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi.

3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOSLinux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.[11] Bu versiya həmçinin bir çox xarici paketlərlə bağlı böyük dəyişikliklərə və problemlərə səbəb olan boş təhlükəsizlik (ing. void safety or null-safety) xüsusiyyətinə sahib Dart 2.0-dan istifadə etdi.[12]

8 sentyabr 2021-ci ildə Dart 2.14 və Flutter 2.5 yayımlandı. Yeniləmə Android tam ekran rejiminə və Google-un Material Design adlı material dizaynının ən son versiyasına təkmilləşdirmələr gətirdi. Dart iki yeni yeniləmə aldı, lint şərtlərini standartlaşdırdı və Apple Silicon dəstəyini stabil etdi.[13][14]

12 may 2022-ci ildə Flutter 3 və Dart 2.17 yayımlandı. Bu yeniləmə həm Intel, həm də Apple Silicon prosessorlarında Linux və macOS üçün sabit dəstək daxil olmaqla dəstəklənən platformaların ümumi sayını altıya qədər genişləndirdi.[15] 30 avqust 2022-ci ildə Flutter 3.3 yayımlandı. Bu versiyada Objective-CSwift qarşılıqlı əlaqəsi və şeyder (ing. Shader)kompilyasiyası nəticəsində yaranan kəkələməni azaltmaq məqsədi daşıyan "Impeller" adlı yeni render mühərriki nümayiş etdirildi.[16]

  1. https://github.com/flutter/flutter/releases/tag/3.24.4.
  2. https://medium.freecodecamp.org/https-medium-com-rahman-sameeha-whats-flutter-an-intro-to-dart-6fc42ba7c4a3.
  3. Amadeo, Ron. "Google starts a push for cross-platform app development with Flutter SDK". Ars Technica (ingilis). 2018-02-27. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.
  4. Amadeo, Ron. "Google's "Fuchsia" smartphone OS dumps Linux, has a wild new UI" (ingilis). Ars Technica. 8 May 2017. 26 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2018.
  5. "With Flutter, Google Aims Dart to Mobile App Cross-Development". InfoQ (ingilis). 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  6. "Google announces Flutter 1.0, the first stable release of its cross-platform mobile development toolkit". Android Police (ingilis). 2018-12-05. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  7. Kulinski, Swav. "Flutter — The sky's the limit". Kin + Carta Created (ingilis). 2018-12-07. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  8. "Sky: An Experiment Writing Dart for Mobile (Dart Developer Summit 2015)". YouTube. 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-02.
  9. Amadeo, Ron. "Google's Dart language on Android aims for Java-free, 120 FPS apps". Ars Technical. 1 May 2015. 6 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2023.
  10. "Flutter: the first UI platform designed for ambient computing" (ingilis). Flutter blog. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  11. "Version 2 of Google's Flutter toolkit adds support for desktop and web apps". TechCrunch (ingilis). İstifadə tarixi: 2021-03-06.[ölü keçid]
  12. "Migrating to null safety". dart.dev. İstifadə tarixi: 2022-02-04.[ölü keçid]
  13. Sells, Chris. "What's new in Flutter 2.5". Flutter (ingilis). 2021-09-08. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  14. "Flutter 2.5.0 release notes". docs.flutter.dev (ingilis). 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  15. "Flutter 3 Release Notes". docs.flutter.dev (ingilis). 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  16. Sneath, Tim. "Announcing Flutter 3.3 at Flutter Vikings". Flutter (ingilis). 2022-08-30. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]