Adams qraflığı (Vaşinqton)
Adams qraflığı | |
---|---|
Adams county | |
| |
46°59′24″ şm. e. 118°33′36″ q. u.HGYO |
|
Ölkə | ABŞ |
Daxildir | Vaşinqton |
İnzibati mərkəz | Ritsvil |
Ən böyük şəhəri | Otello |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 noyabr 1883 |
Sahəsi | 4 999 km² |
Saat qurşağı | -8 |
Əhalisi | |
Əhalisi | 19 179[1] nəfər (2014) |
Əhalinin sıxlığı | 40 nəfər/km² |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Adams (ing. Adams) - ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 18 728 nəfər olmuşdu.[1] Paytaxtı Ritsvil şəhəri, ən böyük şəhəri isə Otello şəhəridir. Qraflıq 28 noyabr 1883-cü ildə Vitmen qraflığının əsasında yaradılmışdır [2] və ABŞ-ən 2-ci prezidenti Con Adamsın şərəfinə adlandırılmışdır.
Adams qraflığı Moziz Gölü-Otello Kombinə Olunmuş statistika ərazisi ilə birlikdə Otello Mikropolitan statistika ərazisinə daxildir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən qraflığın ümumi ərazisi 4 999 km² (4 986 km² quru, 13 km² su ərazisi olmaqla) təşkil edir.[3][4]
Əsas avtomagistralları
[redaktə | mənbəni redaktə et]Qonşu qraflıqlar
[redaktə | mənbəni redaktə et]- Linkoln qraflığı - şimal
- Vitmen qraflığı - şərq
- Franklin qraflığı - cənub
- Qrant qraflığı - qərb
Milli qoruq əraziləri
[redaktə | mənbəni redaktə et]- Kolumbiya Milli Təbiət Yasaqlığı (bir hissəsi)
- Hanford Riç Milli Abidəsi (bir hissəsi)
- Sədl Dağı Təbiət Yasaqlığı (bir hissəsi)
Əhalisi
[redaktə | mənbəni redaktə et]İllərə görə əhali | |||
---|---|---|---|
İl | Əhl. | %± | |
1890 | 2.098 | — | |
1900 | 4.840 | 0% | |
1910 | 10.920 | 0% | |
1920 | 9.623 | 0% | |
1930 | 7.719 | 0% | |
1940 | 6.209 | 0% | |
1950 | 6.584 | 0% | |
1960 | 9.929 | 0% | |
1970 | 12.014 | 0% | |
1980 | 13.267 | 0% | |
1990 | 13.603 | 0% | |
2000 | 16.428 | 0% | |
2010 | 18.728 | 0% | |
Təxm. 2014 | 19.179 | [5] | 0% |
U.S. Decennial Census[6] 1790–1960[7] 1900–1990[8] 1990–2000[9] 2010–2014[1] |
2010-cu il əhalinin siyahıyaalınması
[redaktə | mənbəni redaktə et]2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 18 728 nəfər əhali, 5 720 şəxsi təsərrüfat və 4 410 ailə vardı. Əhalinin sıxlığı 3.7 nəfər/km²-di. Burada 6 242 ev var və evlərin sıxlığı 1.2/km²-di. Əhalinin etnik tərkibini 62.5%-i Ağ amerikalılar, 0.6%-i Afroamerikalılar, 1.9%-i Hindilər, 0.7%-i Asiyalılar, 31.5%-i digər irqdən olanlar və 2.8%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
5 720 şəxsi təsərrüfatın 43.4%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 58.7%-ində evli ailə, 11.8%-ində əri olmayan qadın, 6.6%-ində arvadı olmayan kişi, 22.9%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.8%-ində tək bir şəxs və 8.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.25 nəfər, hər ailədə isə ortalama 3.71 nəfər vardı.
Qraflıq əhalisinin orta yaşı 29.0 idi. Əhalinin 34.8%-i 18 yaşdan kiçik, 10.1%-i 18-24 yaş arasında, 25.0%-i 25-44 yaş arasında, 19.9%-i 45-65 yaş arasında, 10.2%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 103.9 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 101.5 kişi düşürdü.[10]
2000-ci il əhalinin siyahıyaalınması
[redaktə | mənbəni redaktə et]2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 16 428 nəfər əhali, 5 229 şəxsi təsərrüfat və 4 094 ailə vardı. Əhalinin sıxlığı 3.3 nəfər/km²-di. Burada 5 773 ev var və evlərin sıxlığı 1.1/km²-di. Əhalinin etnik tərkibini 64.96%-i Ağ amerikalılar, 0.28%-i Afroamerikalılar, 0.68%-i Hindilər, 0.60%-i Asiyalılar, 0.04%-ni Okeaniya adalarından olanlar, 30.69%-i digər irqdən olanlar və 2.75%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
5 229 şəxsi təsərrüfatın 44.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 63.5%-ində evli ailə, 10.1%-ində əri olmayan qadın, 4.7%-ində arvadı olmayan kişi, 21.7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.7%-ində tək bir şəxs və 7.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.09 nəfər, hər ailədə isə ortalama 3.52 nəfər vardı.
Qraflıq əhalisinin orta yaşı 29.6 idi. Əhalinin 34.2%-i 18 yaşdan kiçik, 9.8%-i 18-24 yaş arasında, 26.3%-i 25-44 yaş arasında, 19.4%-i 45-65 yaş arasında, 10.4%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 100.0 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 102.1 kişi düşürdü.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $33,888, hər ailənin orta illik gəliri isə $37,075 təşkil edir. Kişilərin orta illik gəliri $28,740, qadınların orta illik gəliri isə $21,597 olmuşdu. Qraflıqda adam başına düşən illik gəlir $13,534 olmuşdu. Ailələrin 13.6%-i, əhalinin isə 18.2%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 24.0%-ini 18 yaşdan kiçik olanlar, 8.9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edirdi.[10]
Siyasət
[redaktə | mənbəni redaktə et]Adams qraflığı tarixən Respublikaçı olmuşdur. 1964-cü il ABŞ Prezident seçkilərində ştatda Barri Qolduoterin qazandığı üç qraflıqdan biri olmuşdu.[11] Linkoln qraflığı ilə birlikdə son 48 ildə Vaşinqton ştatında Demokratlar bu qraflıqda qələbə qazana biməmişdir. Bu qraflıqda ən axırıncı dəfə qalib olan Demokrat namizəd 1936-cı ildə Franklin Delano Ruzvelt olmuşdu.[12] Respublikaçıların namizədləri 1992-ci ilə qədər qraflıqda ən az 13% səs taplamış və Corc Uoker Buş hər iki seçkidə də 40%-dən artıq səs toplamışdı.[13][14][15]
Ştat seçkilərində də Respublikaçıların üstünlüyü özünü büruzə verir. Son on üç seçimdə Adams qraflığında heç bir Demokrat namizəd qələbə qazana bilməyib.[16] Qraflıqda son seçilən Demokrat senator Henri Martin Cekson olmuşdu.[17]
2008-ci il ABŞ Prezident seçkilərində Con Makkeyn qraflığın 66.32% səsini topladı. Qubernatorluğa namizəd Dino Rossi 69.83%, ABŞ Nümayəndələr Palatasına nümayəndəliyə namizəd Keti Makmorris Rodjers 82.45%, ştat katibliyinə namizəd Sam Rid 74.6%, ştat xəzinədarlığına namizəd Allan Martin 67.25%, baş prokurorluğa namizəd Rob Makena 76.28% səs taoplamışdı. Göstərilən bütün seçimləri Respublikaçılar qazanmışdı.[18]
Məhkəmə binası
[redaktə | mənbəni redaktə et]1884-cü ildə qraflıq elan edildikdən sonra 1892-ci ilə qədər məhkəmə üçün bir bina kirayə götürüldü. 1891-ci ildə $20,000 məbləğındə vəsait ayrılaraq yeni binanın tikintisinə başlanıldı. Tikinti işləri 20 avqust, 1891-ci ildə tamamlandı. 1941-ci ildə isə yeni bina tikilərək istifadəyə verildi.
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]Şəhərlər
[redaktə | mənbəni redaktə et]Qəsəbələr
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "State & County QuickFacts" (ingilis). US Census Bureau. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Milestones for Washington State History — Part 2: 1851 to 1900" (ingilis). HistoryLink.org. 6 mart, 2003. 2008-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "2010 Census Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 22 avqust, 2012. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Annual Estimates of the Resident Population for Incorporated Places: April 1, 2010 to July 1, 2014". May 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "U.S. Decennial Census". US Census Bureau. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Historical Census Browser". University of Virginia Library. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Population of Counties by Decennial Census: 1900 to 1990". US Census Bureau. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Census 2000 PHC-T-4. Ranking Tables for Counties: 1990 and 2000" (PDF). US Census Bureau. 2017-01-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ 1 2 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2006-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2015.
- ↑ "Presidential election of 1936 - Map by counties" (ingilis). Geographie Electorale. 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "President Map - Election Results" (ingilis). New York Times. 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2008-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2006-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Gubernatorial General Election Map Comparison - Washington" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Senatorial General Election Map Comparison" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
- ↑ "Archived Elections" (ingilis). Adams County. 2015-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Adams County Adams qraflığı rəsmi saytı