Buğumayaqlılar
Buğumayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Buğumayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Buğumayaqlılar (lat. Arthropoda) — heyvanlar aləminə aid heyvan tipi.
Ümumi xarakteristika
[redaktə | mənbəni redaktə et]Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur.
Müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]I yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata
[redaktə | mənbəni redaktə et]I sinif. Xərçənkimilər-Crustacea
[redaktə | mənbəni redaktə et]1 yarımsinif. Qəlsəməayaqlılar-Branchiopoda
- 1 dəstə. Qəlsəməayaqlılar-Anostaca
- 2 dəstə. Yarpaqayaqlılar-Phllopoda
2 yarımsinif. Çənəayaqlılar-Maxillopoda
- 1 dəstə. Kürəkayaqlılar-Copepoda
- 2 dəstə. Karpyeyənlər-Branchiura
- 3 dəstə. Bığayaqlılar-Ciripediya
3 yarımsinif. Ali xərçəngkimilər-Malacostraca
- 1 dəstə. Nazikzirehlilər-Leptostraca
- 2 dəstə. Mizidlər-Mysidacea
- 3 dəstə. Bərabərayaqlılar-Isopoda
- 4 dəstə. Yanüzənlər-Amphipoda
- 5 dəstə. Onayaqlı xərçənglər-Decapoda
4 yarımsinif. Çanaqlı xərçənglər-Ostracoda
II yarımtip. Xeliserlilər-Chelicerata
[redaktə | mənbəni redaktə et]I sinif. Merostomlular-Merostomata
[redaktə | mənbəni redaktə et]- 1 dəstə. Nizəquyruqlular-Xiphosura
- 2 dəstə. Xərçəngəqrəblər-Eurypteridae
II sinif. Hörümçəkkimilər-Arachnoidea
[redaktə | mənbəni redaktə et]- 1 dəstə. Əqrəblər-Scorpiones
- 2 dəstə. Qamçıayaqlılar-Uropgi
- 3 dəstə. Yalançıəqrəblər-Pseudoscorpiones
- 4 dəstə. Büvələe(bövlər)-Solifugae
- 5 dəstə. Otbiçənlər-Opiliones
- 6 dəst��. Hörümçəklər-Aranea
- 7 dəstə. Akariform gənələr-Acariformes
- 8 dəstə. Parazitiform gənələr-Parasitiformes
III yarımtip. Trilobitlər-Trilobita
[redaktə | mənbəni redaktə et]IV yarımtip. Traxeyatənəffüslülər-Tracheata
[redaktə | mənbəni redaktə et]I sinif. Çoxayaqlılar-Myriapoda
[redaktə | mənbəni redaktə et]- 1 yarımsinif. İkicütayaqlılar-Diplopoda
- 2 yarımsinif. Doydaqayaqlılar-Chillopoda
II sinif. Həşərat-İnsecta
[redaktə | mənbəni redaktə et]I yarımsinif. İlk qanadsızlar-Apterygota
- 1 dəstə. Bığcıqsızlar-Protura
- 2 dəstə. Ayaqquyruqlular-Podura və ya Collembola
- 3 dəstə. İkiquyruqlular-Diplura
- 4 dəstə. Qılquyruqlular-Thysanura
II yarım sinif. Qanadlılar-Pterygota
- 1 dəstə. Gündəcələr-Ephemeroptera
- 2 dəstə. İynəcələr-Odonata
- 3 dəstə. Tarakankimilər-Blattoptera
- 4 dəstə. Dəvədəliyikimilər-Mantoptera
- 5 dəstə. Termitlər-Isoptera
- 6 dəstə. Baharçılar-Plectera
- 7 dəstə. Embilər-Embioptera
- 8 dəstə. Qrillobittidlər-Grilloblattidae
- 9 dəstə. Göstərmələr-Phasmida
- 10 dəstə. Düzqanadlılar-Orhoptera
- 11 dəstə. Hemimeridlər-Hemimerida
- 12 dəstə. Dəriqanadlılar və ya qlağagirənlər- Dermaptera
- 13 dəstə. Zorapterlər-Zoraptera
- 14 dəstə. Otyeyənlər-Psocoptera və ya Copeognatha
- 15 dəstə. Lələkyeyənlər- Mallophaga
- 16 dəstə. Bitlər-Anoplura və ya Siphunculata
- 17 dəstə. Bərabərqanadlılar-Homoptera
- 18 dəstə. Yarımsərtqanadlılar və ya taxtabitlər- Hemiptera və ya Heteroptera
- 19 dəstə. Saçaqqanadlılar və ya tripslər-Tysanoptera
- 20 dəstə. Sərtqanadlılar və ya böcəklər-Coleoptera
- 21 dəstə. Yelpikqanadlılar-Strepsiptera
- 22 dəstə. Torqanadlılar-Neuroptera
- 23 dəstə. Dəvəciklər-Raphidioptera
- 24 dəstə. İriqanadlılar-Megaloptera
- 25 dəstə. Əqrəbşəkilli milçəklər-Mecoptera
- 26 dəstə. Bulaqçılar-Trichoptera
- 27 dəstə. Pulcuqluqanadlılar və ya kəpənəklər-Lepidoptera
- 28 dəstə. Pərdəqanadlılar-Hymenoptera
- 29 dəstə. Birələr-Aphaniptera və ya Siphonaptera
- 30 dəstə. İkiqanadlılar və ya milçəklər-Diptera
Xarici quruluşu
[redaktə | mənbəni redaktə et]Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülüdür. Kutikula dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ayrı-ayrı nümayəndələrində kutikula qalın və ya nazik örtük şəklində olur. Kutikula qatının tərkibində xitindən başqa, digər üzvi və qeyri-üzvi maddələr də vardır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında müəyyən miqdarda kalsium-karbonat vardır. Xitinli kutikula elastikdir. Buğumayaqlılarda böyümə qabıqdəyişməklə tamamlanır. Bu zaman bədən örtüyü soyulur, hipoderma daha yumşaq və zərif kutikula əmələ gətirir. Sonra köhnə örtük atılır və yeni kutikula qatı bərkiyəndən sonra heyvanın böyüməsi növbəti qabıqdəyişməyə kimi dayanır. Buğumayaqlılar, adətən inkişaf zamanı daha çox qabıq dəyişirlər, yetkin heyvanlar isə çox nadir hallarda qabıq dəyişir, ya da tamamilə dəyişmirlər. Buğumayaqlıların bədəni buğumludur. Buğumlar heteronomdur. Daha sadə quruluşlu formalarda homonom buğumluluq da müşahidə olunur. Bədəndə olan bir qrup buğumlar birləşərək ayrı-ayrı hissələri əmələ gətirmişdir. Buğumayaqlılarda bir-birindən fərqlənən üç hissə nəzərə çarpır: baş, döş və qarıncıq Başda buğumların sayı sabitdir. Döş və qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlarda, milçəklərdə və başqa cücülərdə isə nazikdir.
Dəri-əzələ kisəsi
[redaktə | mənbəni redaktə et]Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bununla əlaqədar olaraq, onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir. Bu əzələlər mürəkkəb quruluşlu olub, hərəkət zamanı daha tez yığılmaq qabiliyyətinə malikdirlər. Buğumayaqlılar bədən boşluğuna malikdirlər. Bədən boşluğu qarışıq bədən boşluğu (miksosel) adlanır.
Həzm sistemi
[redaktə | mənbəni redaktə et]Həzm sistemi üç hissədən-ön, orta və arxa bağırsaqdan ibarətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qidalanmağa uyğunlaşmışlar. Bununla əlaqədar olaraq, onlarda həzm sistemində müəyyən dərəcədə dəyişikliklər baş vermişdir. Bağırsaqda həzmə xidmət edən vəzilər də vardır.
Tənəffüs və ifrazat sistemi
[redaktə | mənbəni redaktə et]Tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan nümayəndələri isə ağciyər va traxeyalar vasitəsilə tənəffüs edir. İfrazat funksiyasını Malpigi boruları və bəzi vəzilər (koksal, yaşıl vəzilər) yerinə yetirir.
Qan damar sistemi
[redaktə | mənbəni redaktə et]Qan-damar sistemi açıqdır. Qan boşluq mayesi ilə qarışdığına görə, buğumayaqlıların qarışıq bədən boşluğunda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi ürək adlanır. Ürək boruşəkillidir və yanlarda yerləşən ostiy adlanan dəliklərə malikdir. Qan ürəyə bu dəlikl��rdən daxil olur. Ürəkdən çıxan qan, damarlarla axaraq bədən boşluğuna tökülür.
Sinir sistemi
[redaktə | mənbəni redaktə et]Sinir sistemi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Buğumayaqlıların bir qrupunda baş-beyin nahiyə daha yüksək quruluşlu olmaqla, bir çox mürəkkəb davranışların yerinə yetirilməsində mühüm rol oynayır. Buğumayaqlıların hiss orqanları da yüksək quruluşludur. Müxtəlif formalarında mürəkkəb fasetli göz, toxunma və kimyəvi hiss orqanları, eşitmə orqanları və s. inkişaf etmişdir.
İnkişafı
[redaktə | mənbəni redaktə et]Müxtəlif cinsli heyvanlardır, əksəriyyəti cinsi yolla çoxalır[3]. İnkişafları ya mürəkkəb çevrilmə ilə (metamorfozla), ya da düzünədir.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Buğumayaqlılar tipi 6 yarımtipə ayrılır:
- Xeliserlilər (Chelicerata)
- Xərçəngkimilər (Crustacea)
- Altıayaqlılar (Hexapoda)
- Çoxayaqlılar (Myriapoda)
- †Trilobitkimilər (Trilobitomorpha)
- †Marellokimilər (Marrellomorpha)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2013.
- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
- ↑ Ağayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 308–309
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ITIS
- Avropa faunası Arxivləşdirilib 2014-05-24 at the Wayback Machine
- Biolib
- Buğumayaqlılar Arxivləşdirilib 2017-04-16 at the Wayback Machine