Albertus Piktor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albertus Piktor
Doğum tarixi 1440-cı illər
Doğum yeri
Vəfat tarixi 1507 və ya 1509
Vəfat yeri
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskalarına sekkoların müəllifi olmaqla tanınır.

Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqanqobelen istehsalçısı idi. Onun adı 1479-cu ildən 1508-ci ilədək müxtəlif mülki iş sənədlərində on dəfə çəkilir. 1507-ci ildə onun ağır xəstəlikdən əziyyətdə çəkdiyi və yatağa bağlanmış olduğu qeyd edilir. Buna baxmayaraq, onun ölüm tarixinin 1509-cu ilə – adının İsveçin tarixi sənədlərində axırıncı dəfə qeyd edildiyi tarixə təsadüf etdiyi güman olunur.

Albertus Piktorun bütün rəsm əsərlərinin ümumi sayı naməlumdur. Lakin o, İsveçin 37 kilsəsində bu günə kimi qorunub saxlanmış əsərlərin müəllifi hesab edilir. Rəsm əsərlərindən doqquzunun müəllif qismində ya Albertus adının müxtəlif variantları qeyd olunub, ya da ki müəllifin imzası məhv edilib.[1] Onun ən məşhur əsərləri "Rəqs edən kəndlilər" və "Şahmat oynayan ölüm"dür.

  1. Landström, Kerstin, 1959-. Albertus Pictor. Tuva förlag. 2009. ISBN 9789163344121, 9163344122. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]