Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar. Ampir Danimarka, Böyük Britaniya və İtaliyada özünəməxsus milli xüsusiyyət kəsb etmişdir. Bu üslub Rusiya və Almaniyada da geniş yayılmışdır. Dekorativ tətbiqi və təsviri sənətdə ampir üslubu mebel nümunələrində, metal, şüşə, farfor və s.-dən hazırlanmış dekorativ əşyalarda, geyim modelində, həmçinin rəngkarlıq və heykəltaraşlıqda əksini tapmışdır.
-
I Napoleonın tronu.
-
Luvrdan kreslo.
-
Karruzel meydanındakı Arka, Paris.
-
Kazan Kafedralı.
-
Vandom sütunu.
-
Stol.