Berqamot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Berqamot

Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır. Çay sektorunda istifadə edilən dadına Earl Grey dadı adı da verilir. Ayrıca cemi də edilər.

Berqamot ağacı, boyu, böyüklüyü, yarpaqlarının şəkli, çiçəklərinin rəngi ilə digər sitrus bitkilərinə və xüsusilə limona bənzər. Berqamot ağacı kimilərinə görə turunc ilə limonun, kimilərinə görə turunc ilə acı limonun mələzidir. Aprel -may aylarında gözəl qoxulu çiçək açar. Berqamot meyvəsi, armud formasında, yeşilimsi sarı rəngli özünə xas gözəl bir qoxusu olan qabığa malikdir. Meyvəsi sarı rəngli olub turşdur, hər bir meyvədə uçuq sarı rəngdəki beş altı nüvə tapılar. Xarici qabığı, iç qabığı və ətli qisimi limona bənzər; daha ağrıdır, lakin daha xoş və dəyişik bir qoxuya malikdir.

Sitrus bitkilərinin hamısının ana vətənin Çin torpaqları olduğu yazılar. M. S. 1000 illərində bu ağaclar Çindən Şərq dünyasına tanıdılmış, oradan da tacirlər tərəfindən Aralıq dənizi bölgəsinə gətirilmişdir. Turunc növlərindən biri olan berqamot ağacı da bu yolla Şərq ölkələrinə daşınmış, orada yetişdirilmiş, istifadə edilmişdi. Avropaya təqdimatı da aşağıda izah ediləcəyi kimi Berqamadan oldu. 16. əsrdən etibarən Avropada tanınan berqamot 18. əsrdən etibarən xüsusilə Cənub İtaliyada yetişdirildi və bu gün hələ bu ölkənin cənubundakı Calabria Əyaləti (İtaliyanın cənubunda çəkmənin ən alt qisiminə verilən ad) berqamot istehsalının ən əhəmiyyətli mərkəzidir.

Berqamotun Berqamadan tanıdılması

[redaktə | mənbəni redaktə et]

Berqamot bütün Avropa dillərində az qala eynidir. Belə ki,

Avropada berqamot ağacı və meyvəsi haqqında məlumat verən qaynaqlara 16. əsrdən etibarən rast gəlirik. Bu qaynaq əsərlərdə; "Bergamia' elmi adı Berqamadan gəlməkdədir, bu da, "Pergamo", Pergamon olaraq bilinən və Kiçik Asiya =Anadolu 'nun qərbindəki andıq şəhərin Türkcə söyləniş şəkli olan Berqamadan qaynaqlanmaqdadır" deyə yazılmaqdadır. Bilindiyi kimi 1500-cü illərdə Osmanlı Dövlətini bir çox xarici səyyah ziyarət edirdi. Bunların içində bitki mütəxəssisləri də vardı və yeni tapdıqları bitkilərdən nümunələr götürərək ölkələrinə aparırdılar. Berqamot meyvəsi də bu şəkildə tanıdılan bir ağac və meyvə idi.

Berqamot yağı

[redaktə | mənbəni redaktə et]

Stress və yorğunluğu aradan qaldırıcı və immunitet sistemini qüvvətləndiricidir. Eqzama narahatlığında köməkçidir. İştah artırıcı və öd sökdürücü təsiri vardır. Ayrıca çayda ləzzət və qoxu vericidir. odlanılmalarda salıcı faydası ola bilər. Ağız sağlığında qoruyucudur.

  • İstifadəsi: Bir fincan suya 2–3 damla damladılaraq , gündə 2 dəfə istifadə edilər. Dəriyə masaj edilərək tətbiq olunduğunda stress və yorğunluğu götürər.