Hiperemiya
Hiperemiya | |
---|---|
XBT-9 | 780.99 |
DiseasesDB | 4466 |
MeSH | D006940 |
Hiperemiya (yun. ὑπερ- "super-" + αἷμα "qan") — bədənin müxtəlif toxumalarına qan axınının artması. Kliniki olaraq toxumaların hiperemiyası qan damarlarının oksigenli qanla dolması nəticəsində eritema (dərinin qızarması) ilə özünü göstərir.[1]
Növləri
[redaktə | mənbəni redaktə et]- Aktiv və ya arterial hiperemiya (artan arterial qan axınından asılı)
- Venoz (passiv) hiperemiya - venoz qanın çıxışına maneə törədilməsi nəticəsində yaranan.
Aktiv hiperemiyanın səbəbləri
[redaktə | mənbəni redaktə et]- Mexaniki - ürəyin fəaliyyətinin artması, atmosfer təzyiqinin azalması (dəri hiperemiyası);
- Sinir mənşəli - damarları genişləndirən sinirlərin qıcıqlanması (tonik hiperemiya) və ya damarları daraldan sinirlərin iflici (paralitik hiperemiya).
Aktiv hiperemiya zamanı toxuma şişir və onun temperaturu yüksəlir. Bu, limfa dövranının artması ilə də baş verə bilər.
Venoz hiperemiyanın səbəbləri
[redaktə | mənbəni redaktə et]- böyük damarların gövdələrinin sıxılması və ya daralması;
- müxtəlif mexaniki təsirlər (məsələn, ayaqlarin və əllərin uzun müddət hərəkət etməməsi);
- ürəyin nasos fəaliyyətinin zəifləməsi ilə bədəndə venoz qanın ümumi durğunluğu baş verir, şiş görünür, bütün orqanların funksiyalarının zəifləməsi və tez-tez qanaxma olur.
Venoz hiperemiya zamanı toxumanın həcmi artır, temperaturu azalır və tünd mavi rəng alır.
Funksional hiperemiya
[redaktə | mənbəni redaktə et]Funksional hiperemiya, metabolik hiperemiya, arterial və ya aktiv hiperemiya, toxuma aktiv olduqda baş verən qan axınının artmasıdır.[2]
Heyvanlarda hiperemiya
[redaktə | mənbəni redaktə et]Arterial hiperemiya ən çox yerli (qan bol olanda) olur və qan axınını normal çıxışina qarşı artım ilə xarakterizə olunur. Çox vaxt məhdud ərazidə baş verir. Venoz hiperemiya ürəyin düzgün işləmədiyi, venoz damarlardan qanın çıxması çətinləşdiyi və axının azaldığı zaman baş verir. Orqan və toxumalarda venoz qanın yığılması, damarların genişlənməsi, onlarda qan axınının yavaşlaması baş verir. Kəskin konjestif və xroniki konjestif ola bilər.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jon Aster; Vinay Kumar; Abul K. Abbas; Nelson Fausto. Robbins & Cotran Pathologic Basis of Disease (8th). Philadelphia: Saunders. 2009. səh. 113. ISBN 978-1-4160-3121-5.
- ↑ Clifford, Philip S. "Local control of blood flow". Advances in Physiology Education. American Physiological Society. 35 (1). 2011: 5–15. doi:10.1152/advan.00074.2010. ISSN 1043-4046.
- ↑ А.В.Жаров, В.П.Шишков и др. Патологическая анатомия сельскохозяйственных животных. М.: Колос. 1995.