Karri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
karri yeməkləri

Karri — Cənubi Asiya mənşəli ədviyyatlı sous. Karriyə əlavə olunan ədviyyat qarışıqları da karri adlanır. Bəzən karrilərə karri ağacının (lat. Murraya koenigii) yarpaqları da əlavə olunur, amma bu mütləq deyil.[1][2]

Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar.

Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər.

Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.

  1. "Fresh Curry Leaves Add a Touch of India". NPR. 28 September 2011. 11 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2018.
  2. Raghavan, S. Handbook of Spices, Seasonings and Flavourings. CRC Press. 2007. səh. 302. ISBN 978-0-8493-2842-8.