Marja

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

MarjaBirja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaitidir. Bundan əlavə iqtisadiyyatın müxtəlif sahələrində marja istifadə olunur ki, 

Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq.

Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir.

İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir.[1]

Marja çağırışı 

[redaktə | mənbəni redaktə et]

Marja çağırışıKlirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks tərəfdən (məsələn, müştəri) əlavə vəsait tələbidir. İnvestor, sahib olduğu qiymətli kağızların dəyəri aşağı düşdükdə, marja çağırışı ala bilər. Bu halda o, ya ticarət hesabına əlavə vəsait qoymaq, ya da aktivlərinin bir hissəsini satmaq məcburiyyətində qala bilər.[2]

Marja hesabı — Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə almaq imkanını verən hesab; bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir.[3]

Marjin ticarət 

[redaktə | mənbəni redaktə et]

Marjin ticarət — Digər qiymətli kağızları girov qoymaqla brokerdən alınan borc hesabına qiymətli kağızları almaq. İnvestorlara öz vəsaitlərindən daha artıq mövqe götürməyə imkan verir və nəticədə riski artırmış olur. Marjin səviyyəsi müxtəlif qiymətli kağızlar üçün riskdən asılı olaraq fərqli ola bilər.[4]

Sərbəst marja

[redaktə | mənbəni redaktə et]

Sərbəst marjaTicarət hesabında olan və yeni mövqe açılmasında istifadə oluna biləcək sərbəst vəsaitlərdir.

Fm=E-M

Fm Sərbəst marja (Free Margin)

E – Vəsaitlər ( Equity )

M – Girov ( Margin )[5]

  1. "Margin is the difference between a product or service's selling price and its cost of production or to the ratio between a company's revenues and expenses. It also refers to the amount of equity contributed by an investor as a percentage of the current market value of securities held in a margin account". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. "A margin call is a broker's demand on an investor using margin to deposit additional money or securities so that the margin account is brought up to the minimum maintenance margin". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. "A margin account is a brokerage account in which the broker lends the customer cash to purchase securities". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  4. "In the stock market, margin trading refers to the process whereby individual investors buy more stocks than they can afford to. Margin trading also refers to intraday trading in India and various stock brokers provide this service". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. "Available funds to trade on an account. These funds are not being used as collateral in trades on the Forex financial market. These funds can be used in any operation, including their withdrawal or to open a new position. The formula to calculate Free Margin is Free Margin = Equity – Margin.Source: "Free Margin"". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.