Mona Vanna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mona Vanna
it. Monna Vanna
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Leonardo da Vinçinin məktəbi
Tarixi 1514-1516
Üslubu [2]
Texnikası ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş eskiz
Ölçüləri 72,4 sm[1] × 54 sm[1]
Materialı kağız
Sifarişçi Liza Gerardini
Saxlanıldığı yer Konde muzeyi
İnventar nömrəsi DE 32
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır.

Mənşəyi haqqında ehtimallar

[redaktə | mənbəni redaktə et]

Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər.[3]

Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir. Məhz bu məlumata əsasən bəzən əsərin Leonardonun orijinal işi olduğunu ehtimal edirlər, lakin Salaiyə miras qalmış Leonardonun əsəri ehtimal ki, 1518-ci ildə I Fransisk tərəfindən alınmışdır, Milan hersoqluğu isə Fransa krallığına tabe idi. Bundan başqa kral tərəfindən alınmış naməlum müəllifli əsərlərin siyahısı bəllidir və heç bir invertarizasiyada Çılpaq Mona Liza qeyd edilmir. Orta əsrlərdə Niderland rəsamı Yos van KleveFransa rəssamı Fransua Klua Mona Vannadan ilhalanaraq əsərlər yaratmışlar, lakin ehtimal ki, onlar əsərin daha qədim kopyalarını görmüşdülər.[4]

Əsərin çoxsaylı qədim nüsxələrinin olması onun uğurlu olmasını, invertarda Salainin adının qeyd edilməsi isə, Leonardonun əsərin əsl müəllifi olması və 1513–1516-cı illərdə rəssamın əsər üzərində işləməsi ehtimalını gücləndirir.[5]

XIX əsrdə satılması

[redaktə | mənbəni redaktə et]

Əsər 1862-ci ildə Omal hersoqu Orleanlı Henrix tərəfindən o zaman üçün böyük məbləğ olan 7.000 franka M. Tibo tərəfindən alınmışdır. Sonuncu isə onu on beş il əvvəl Romada almışdır. Daha sonra hersoq o zaman Leonardonun əsər üçün hazırlıq eskizi hesab edilən və hazırda Ermitajda saxlanılan rəsmi almaq istəyir.[3]

Hersoq bütün kolleksiyasını Fransa İnstitutuna (fr. l'Institut de France) vəsiyyət edir, nəticəsə o, 1897-ci ildə Şantiyi qəsrində təşkil edilmiş Konde muzeyinin kolleksiyasına düşür. XIX əsrin sonlarından etibarən sənət tarixçilər əsəri Leonardoya aid etmirlər.[3]

Əsərin Luvrdakı "Mona Liza" ilə üz cizgiləri, ¾ oturum profili və əllərin çarpazlaşdırılması da daxil olmaqla bir çox ortaq xüsusiyyətləri var. Əsərdə rəsm həm də ilkin nisbətlərdə təsvir edilmişdir. Portret bəzi pentimento elementərinə malikdir ki, bu da onun adi kopya kimi qiymətləndirilməsinə imkan vermir: həmin elementlər "Mona Liza"ya identik olaraq sağ əlin nişan və orta barmaqlarında görünür. Eskizdə rəsm üçün yerləşdirilmiş rəngləmə xəttləri görünür. Ola bilsin ki, eskiz sənətkarın emalatxanasında tamamlanmamış əsərə aiddir.[5]

Onda, rənglənmiş yekun versiyada görünməyə sağ əlin örtük altındakı hissələri də verilib. Şabllonların keyfiyyəti sənətkarın məhz bu eskizə istinad etdiyini güman etməyə imkan verir: buna baxmayaraq sonrakı əlavələrlə əsərin keyfiyyəti aşağı salınmış, dərinliyi isə quaşla azaldılmışdır.[5]

Əsərin atributasiyası ilə bağlı müəmmanın həll edilməsi üçün o, 2017-ci ildə Fransa muzeyləri tədqiqat və restavrasiya mərkəzində (fr. Centre de recherche et de restauration des musées de France) ətraflı tədqiqata cəlb edilərək, infraqrımızı reflektoqrafiya, rentgen şüalanması, rentgen fluoresensiya analizlərindən keçirilmişdir. Nəticədə onun 1485–1638-ci illər arasında işlənməsi müəyyən olunmuşdur.[6]

Replika və kopyaları

[redaktə | mənbəni redaktə et]

Əsərin XVI əsrdən başlayaraq müxtəlif dövrlərə aid iyirmiyə yaxın kopyası məlumdur ki, onlardan da biri Salaiyə aid edilir.[6] Həmin kopyaları iki qrupa bölmək olar: onlardan bir qrupunda büst "Mona Liza" kimi ¾ nisbətində, digərlərində isə daha çox üzü izləyiciyə istiqamətlənmiş formada verilmişdir. İkinci formaya daha çox Fransa və Skandinaviya ölkələrinin rəssamlarının əsərlərində rast gəlinir.[5]

  1. 1 2 3 4 Joconde (fr.). 1975.
  2. JocondeLab. 2014.
  3. 1 2 3 Laclotte, Volle, 2014. səh. 142
  4. Laclotte, Volle, 2014. səh. 144-145
  5. 1 2 3 4 Laclotte, Volle, 2014. səh. 145
  6. 1 2 "La "gioconda nuda" trasferita in gran segreto nei laboratori del Louvre: forse è di Leonardo". repubblica.it. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  • Caroline Lanfranc de Panthou; Benjamin Peronnet, Dessins italiens du Musée Condé à Chantilly. I, Autour de Pérugin, Filippino Lippi et Michel-Ange, éd. RMN, 1995, ISBN 9782711833504
  • Michel Laclotte et Nathalie Volle (dir.), Fra Angelico, Botticelli… chefs-d'œuvre retrouvés, Cercles d'art — domaine de Chantilly, 2014, 165 p.,ISBN 9782702210239