51°45′18″ şm. e. 1°15′18″ q. u.HGYO

Oksford Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oksford Universiteti
University of Oxford
Loqonun şəkli
Xəritə
51°45′18″ şm. e. 1°15′18″ q. u.HGYO
Əsası qoyulub 1096[1]
Tələbə sayı 19.791[2]
Ölkə
Sayt ox.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oksford Universiteti (ing. University of Oxford) — Böyük Britaniyanın ən məşhur universitetlərindən biri. Dəqiq quruluş tarixi bilinmir, lakin 1096-cı ildə artıq Oksfordda tədris aparılırdı[5].

Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. Lakin o məlumdur ki, Oksfordda təhsilə 1096-cı ildə başlanılıb, 1167-ci ildən, II Henrixin tələbələrə Paris universitetində oxumağa qadağa qoymasından sonra təhsilin intensiv inkişaf etdirilməsinə başlanılıb.

İlk ictimai kitabxananın əsasını Uelsli Gerald qoydu (1188), Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb.

1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açdı. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başladı. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi. Hazırkı dövrdə yeganə yalnız qadınlar üçün olan kollec St. Hilda kollecidir.

Müharibədən sonrakı illərdə (1939-1945) Oksfordun humanitar fakültələrinə tibb də daxil olmaqla təbiət və tətbiqi elmlər əlavə olundu ki, bu da dünya üçün əhəmiyyətli rolu olan intellektual və tədqiqat mərkəzi kimi universitetin şöhrətini artırdı.

Oksfordda təhsil

[redaktə | mənbəni redaktə et]

Oksfordun əsas spesifikası tələbələrin informasiyanı tapıb düzgün istifadə etmək və hər şey haqqında sərbəst fikir söyləyib, onu müdafiə etməkdir.

Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11 min on beş ilk təhsil alan tələbəni (undergraduates), 4 min 626 aspirantı (postgraduates) özündə birləşdirir. İlk təhsil alma dövründə Xronologiya və ya Biokimyanın yeganə nizamnaməsini öyrənirlər. Bu təhsil 3-4 il ərzində kifayət qədər keyfiyyətli və dərin bilik verir.

Bununla yanaşı, bir neçə nizamnaməni, məsələn, siyasət və iqtisadiyyat, riyaziyyat və hesab texnikası kimi elmləri birləşdirən nizamnamələr də var.

Təhsil kursları universitetin mühazirə və praktiki məşğələlərini təşkil edən akademik personal tərəfindən işlənilib hazırlanır.

Tələbələr kollec tərəfindən təmin olunmuş həftəlik tədris proqramları və dərslikləri istifadə olunan fərdi və sərbəst təhsil proqramlarında da iştirak edə bilərlər.

Kursda tələbələr dərs ilinin başlanğıcında və sonunda təqdim olunan tədqiqi referat işlərinə görə qiymətləndirilir. Oksfordda aspirantların sayı xaricdən gələn tələbələr hesabına artır və onların dörddə biri Master dərəcəsinin müdafiəsinə hazırlaşır, təxminən üçdə ikisi daha yüksək dərəcələr üçün çalışır.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
  • Fakültələr;
  • Kafedralar;
  • Elm və tibbdə təşkilati-metodik təhsil mərkəzləri;
  • İncəsənət və humanitar elm sahələrində də təşkilati metodik təhsil mərkəzləri mövcuddur.
  • Fakültələr – universitetin yüksək akademik vahididirlər.
  • Kolleclər.

Oksford universieti həm də muxtar maliyyə vahidlərini birləşdirir.

Universitetin bütün tələbələri kolleclərə paylanılıb.

Universitetin akademik strukturunun əsasını 16 fakültə təşkil edir. Onlardan bəziləri fakültələrin nəzdində fəaliyyət göstərir.

Hər fakültənin öz təhsil kurslarının hazırlığına, proqramın və təhsilin təşkilinə cavab verən seçilmiş şurası var. Fakültələr aspirantların qəbulunu, idarəsini, onların tədqiqatlarının təşkil olunmasını həyata keçirir. Fakültələr universitet şurasını təsdiq edən akademik ştatın birinci və ikinci dəfə təyin edilməsinə cavab verir. Fərdi intizamlar üzrə hazırlıqları həyata keçirən kafedraları təşkil edir. Məsələn, - Fizika və texniki elmlər kafedrası fiziki elmlər fakültəsinin tərkibində, - Zoologiya kafedrası və Bitkilərin energetikası kafedrası Biologiya elmləri fakültəsində, - Cərrahlıq Kliniki Tibb fakültəsinin tərkibindədir. Memarlıq və incəsənət fakültələrində isə kafedralar təşkil olunmur

Məşhur Məzunları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı məzunları

[redaktə | mənbəni redaktə et]

Tərlan Süleymanov[6] - robototexnika üzrə fəlsəfə doktoru.

  • Ashmolean Muzeyi
  • Pitt Rivers Muzeyi
  • Oksford Universiteti Təbiət Tarixi Muzeyi
  • Elm Tarixi Muzeyi

Oksford Universitetinin kollecləri

[redaktə | mənbəni redaktə et]
Ad Yaranma Vebsaytı Kembricdəki Qardaş Koleci
All Souls College 1438 Vebsaytı Arxivləşdirilib 2013-10-20 at the Wayback Machine Trinity Hall
Balliol College 1263 Vebsaytı St John's College
Brasenose College 1509 Vebsaytı Gonville and Caius College
Christ Church 1546 Vebsaytı Trinity College
Corpus Christi College 1517 Vebsaytı Corpus Christi College
Exeter College 1314 Vebsaytı Emmanuel College
Green Templeton College 2008 Vebsaytı St Edmund's College
Harris Manchester College 1786, Kolec vəziyyəti 1996 Vebsaytı
Hertford College 1282, Kolec vəziyyəti 1740 Vebsaytı
Jesus College 1571 Vebsaytı Jesus College
Keble College 1870 Vebsaytı Selwyn College
Kellogg College 1990, Kolec vəziyyəti 1994 Vebsaytı
Lady Margaret Hall 1878 Vebsaytı Newnham College
Linacre College 1962 Vebsaytı Wolfson College
Lincoln College 1427 Vebsaytı Arxivləşdirilib 2012-11-23 at the Wayback Machine Downing College
Magdalen College 1458 Vebsaytı Magdalene College
Mansfield College 1886, Kolec vəziyyəti 1995 Vebsaytı Homerton College
Merton College 1264 Vebsaytı Peterhouse
New College 1379 Vebsaytı King's College
Nuffield College 1937 Vebsaytı
Oriel College 1326 Vebsaytı Clare College
Pembroke College 1624 Vebsaytı Queens' College
The Queen's College 1341 Vebsaytı Pembroke College
Reuben College 2019 Vebsaytı
St Anne's College 1878 Vebsaytı New Hall
St Antony's College 1950, Kolec vəziyyəti 1963 Vebsaytı
St Catherine's College 1963 Vebsaytı Robinson College
St Cross College 1965 Vebsaytı Clare Hall
St Edmund Hall 1226, Kolec vəziyyəti 1957 Vebsaytı Fitzwilliam College
St Hilda's College 1893 Vebsaytı
St Hugh's College 1886 Vebsaytı Clare College
St John's College 1555 Vebsaytı Sidney Sussex College
St Peter's College 1929 Vebsaytı
Somerville College 1879 Vebsaytı Girton College
Trinity College 1554 Vebsaytı Churchill College
University College 1249 Vebsaytı Trinity Hall
Wadham College 1610 Vebsaytı Christ's College
Wolfson College 1966, Kolec vəziyyəti 1981 Vebsaytı Darwin College
Worcester College 1714 Vebsaytı Arxivləşdirilib 2006-01-05 at the Wayback Machine St Catharine's College

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.[7]

"Academic Ranking of World Universities"dəki yeri:[8]
2003[9] 2004[10] 2005[11] 2006[12] 2007[13] 2008[14] 2009[15] 2010[16] 2011[17] 2012[18] 2013[19] 2014[20] 2015[21]
9 8 10 10 10 10 10 10 10 10 10 9 10
"QS World University Rankings"dəki yeri:
2015/16[22] 2014/15[23] 2013/14[24] 2012/13[25] 2011/12[26] 2010/11[27]
6 5 6 5 1 6
"Times Higher Education World University Rankings"dəki yeri:
2021/22 2020/21 2019/20 2018/19 2017/18 2016/17 2015/16[28] 2014/15[29] 2013/14[30] 2012/13[31] 2011/12[32] 2010/11[33]
1 1 1 1 1 1 2 3 2 2 4 6
  1. https://www.ox.ac.uk/about/organisation/history?wssl=1.
  2. https://www.unipage.net/ru/university_of_oxford.
  3. 1 2 Directory of Open Access Journals. 2003.
  4. 1 2 Global LEI index.
  5. "Introduction and History". Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine University of Oxford.
  6. Tarlan Suleymanov Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, Oxford Robotics Institute, University of Oxford.
  7. Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org  (ing.)
  8. "ARWU - University of Oxford". Shanghai Ranking Consultancy. 2014. 2020-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  9. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  17. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  18. "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  19. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  20. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  21. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  22. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  23. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  24. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  25. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  26. "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  27. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  28. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  29. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  30. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  31. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  32. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  33. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]