Plotin
Plotin | |
---|---|
Πλωτῖνος | |
Doğum tarixi | 205[1] |
Vəfat tarixi | 270[2][3][…] |
Vəfat yeri |
|
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Plótin (yunanca Πλωτῖνος; 205[1] – 270[2][3][…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həm də neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur[4]. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir[5]. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
244-cü ildə Romaya qayıtdıqdan sonra Plotin orada məktəb yaratmış və 25 ilə yaxın müddətdə ona başçılıq etmişdir. Bu məktəbdə müxtəlif ictimai təbəqə və millətlərin nümayəndələri oxuyurdular.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Əvvəllər Plotin öz təlimini yalnız şifahi olaraq tədris etmiş, daha sonra isə onu yazmağa başlamışdır. Plotinin öyrəncisi Porfirius isə onun əsərlərini yığmış, redaktə etmiş, altı fəsilə ayırmış və yayımlamışdır[6]. Bu fəsillər isə öz növbəsində, doqquz hissədən ibarət olmuşdur. Buna görə də həmin əsər, Misir ənənəsinə uyğun olaraq, "Enneadalar" (yun. Ἐννεάδες – doqquzluq) adlanır.
Təlimi
[redaktə | mənbəni redaktə et]Plotin bütün varlığı vahidlikdə görürdü, yəni onun dünyagörüşünün əsasını monizm təşkil edirdi. Plotinin Vahidi tanrıdır. Məsələyə bu cür yanaşılırsa, onda dünyada olan çoxluq və müxtəlifliyi izah etmək lazım olur. Yəni, əgər bütün varlıq Vahidin törəməsidirsə və onunla vəhdət təşkil edirsə, onda o digər varlıqlarla eyniləşməli, bərabərləşməli, qarışmalı yoxsa öz fərdiliyini saxlamalıdırmı?
Bu suala cavab verən Plotin Vahidi fərdiləşdirmiş, onu bütün digər şeylərdən ayıraraq üstün tutmuşdur. Ancaq belə olduqda Vahid dərk olunmaz, duyulmaz və görünməzdir. Hətta, onun var olması belə sual altına qoyulur. Bu da Plotinin fikrincə təbiidir, çünki Vahidin var olması iddiası onu müəyyən çərçivəyə salınması, zaman və məkanda təsəvvür edilməsi deməkdir. Beləliklə, Vahiddən hər şey törənir, ancaq o özü hansısa forma ya da çərçivə anlayışlarına sığmır. Çünki O, bütün varlıqlardan və təfəkkürdən daha üstündü, dərk olunmazdır[7]. Eyni zamanda, Plotin Vahidi günəşin, işığın, istinin, xeyrin mənbəyi hesab edirdi.
Hər bir anlayışdan uca olan Vahiddən hər bir şey törənir, doğulur. Monoteizmdə olan Tanrıdan fərqli olaraq Vahidin heç bir istək və iradəsi yoxdur. Dünyanın doğuşu (törəməsi) prosesi obyektiv bir hadisədir, kiminsə iradəsindən asılı deyildir. Bu törəmə emanasiya (axma, tökülmə) adlandırılır. Emanasiyanı Plotin Vahiddən ayrılan işıq (nur) şəklində təsəvvür edirdi. İşıq mənbəyinə yaxın olduqca parlaqlaşır, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa çevrilir. Vahiddən törənən çoxluq heç də onun azalmasına və ya kiçilməsinə dəlalət etmir. O olduğu kimi bir ideal olaraq qalır.
Emanasiya nəticəsində Vahiddən daha iki substansiya (hipostasis) yaranır. Birincisi Əqldir. Vahiddən fərqli olaraq o artıq mövcuddur. Əql özünü dərk edir. Plotinin Əqli Platonun ideyalar aləminə bənzəyir. O, bütün ideyaların cəmidir.
İkinci substansiya isə Ruhdur. Vahiddən ayrılan İşıq bütövlükdə Əql tərəfindən mənimsənilmir. Ona görə İşıq hərəkətini davam edir və bunun nəticəsində Ruh yaranır. Eyni zamanda, onu Əql doğur. Ruh hər şeyin yaradıcısıdır. O bütün canlıları onlara həyat üfürərək yaratmışdır. Ruhdan günəş, göy və başqa kosmik cisimlər yaranmışdır. Eyni zamanda, Ruh hər şeyi hərəkətə gətirir (hərəkətverici qüvvədir).[8]
Ruh iki tərkib hissədən ibarətdir. Birincisi səmavidir; Əqlə yaxındır və maddi aləmlə əlaqəsi yoxdur. İkincisi isə dünyəvidir; maddi aləmlə əlaqəlidir və təbiətin bütün proseslərini həyata keçirir.[9]
Beləliklə Ruh, səmavi və yüksək qüvvələrlə dünyəvi qüvvələrin əlaqələndiricisidir. Ruhda ideyalar əks olunur. Plotinin təlimində yuxarıda göstərilən üç substansiya (Vahid, Əql və Ruh) hipostasis (yun. ὑπόστᾰσις) adlanır. Yəni hipostasis birliyin üzvlərinin hər birisidir. Vahid tanrı Uran, Ruh tanrı Zeus, Əql isə Kosmosla eyniləşdirilir. Əqldə yaşayan ideyalar da tanrılardır.
Təbiətə gəldikdə onun ən yetkin tərəfi Ruhun aşağı təbəqəsidir. Əqldə cəmləşən ideyalar bu təbəqədə konkret şeylərdə təzahür olunur. Əslində isə şeylər ideyaların əks olunmasıdır. Fenomenal aləmdə Ruh hissəciklərə bölünür və hər şeyin əsasını, canını təşkil edir. Beləliklə, hər şeyin ruhu vardır: o cümlədən planetlərin və yerin. Yerin ruhundan bitkilərin və heyvanların ruhları; eləcə də insan ruhunun aşağı, qaranlıq hissəsi yaranır. Bu hissənin vasitəsi ilə insanlar dünyaya bağlı olurlar, ağırlaşırlar.
Təbiət dünya Ruhunun qaranlıq hissəsidir. Onun ən alçaq hissələri isə materiyadan yaranır. Materiya (maddə) Plotin fəlsəfəsində yoxluqdur. Ancaq materiya mütləq yoxluq deyil, sadəcə var olan şeydən fərqli bir şeydir[10]. Materiya əbədidir, ancaq Vahidlə birlikdə mövcud olan ikinci ilk substansiya deyildir. Buna görə də, Plotinin materiya haqqında fikirləri ziddiyyətlidir. O Vahiddən törənir və ondan ayrılan işığın sönməsinin nəticəsidir. Deməli, materiya zülmətdir (qaranlıqdır) və şərlə, hətta yoxluqla eyniləşir. Vahid isə xeyirdir.
Yuxarıda qeyd edildiyi kimi Plotinin fəlsəfəsində Vahid enərək çoxluğun yaranmasına səbəb olur. Ancaq çoxluq da Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır. Bu cür yönəlmə insanda daha da çox təzahür olunur. İnsan ruhu dünya Ruhunun hissəciyidir. Onun yüksək və aşağı hissəsi vardır. İnsanların çoxusunda ruhun aşağı hissəsi üstünlük təşkil edir və onlar həddən artıq şərin təcəssümü olan materiyaya bağlanırlar. Ancaq, hər bir insan özündə ruhun yüksək hissələrini duyub inkişaf etdirə bilər. Bu isə ekstaz halında mümkündür. Ekstazda ruh artıq bədənlə özünü eyniləşdirmir və ondan müstəqil şəkildə varlıq qazanır. O Vahidə can atır, onunla qovuşur, onda əriyir. Ekstaza çatmaq üçün mənəvi həyat sürmək lazımdır. Plotin ruhların köçməsinə də inanırdı.
Dünya fəlsəfi fikrinə təsiri
[redaktə | mənbəni redaktə et]Plotinin təlimi gələcəkdə orta əsr Avropa və Yaxın Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərmişdir. Avqustin, Boesius, Fərabi, İbn Sina kimi filosofların təlimlərində Plotinin ideyalarından istifadə edilib. Onun varlıq haqqında baxışlarını bu və digər dərəcədə ən tanınmış filosoflar öz ideyalarında tətbiq edib inkişaf etdirmişdirlər.
Başqa tərəfdən Plotinin təlimi gələcəkdə çeşidli dini-mistik təlimlərin yaranmasına təkan vermişdir. Yəhudu (Kabbala), Xristian (İsihazm) və İslam (Təsəvvüf) metafizikası və mistisizmi ondan bəslənib təlim halına gəlmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 256-260. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 256-260. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Plotinus. The Enneads (translated by Stephen MacKenna), London, Medici Society, 1917–1930.
- A. H. Armstrong, Plotinus. Enneads (with Greek text), Loeb Classical Library, 7 vol., 1966–1988.
- Thomas Taylor, Collected Writings of Plotinus, Frome, Prometheus Trust, 1994. ISBN 1-898910-02-2 (contains approximately half of the Enneads)
- J. H. Sleeman and G. Pollet, Lexicon Plotinianum, Leiden, 1980.
- Roberto Radice (ed.), Lexicon II: Plotinus, Milan, Biblia, 2004. (Electronic edition by Roberto Bombacigno)
- Porphyry, "On the Life of Plotinus and the Arrangement of his Works" in Mark Edwards (ed.), Neoplatonic Saints: The Lives of Plotinus and Proclus by their Students, Liverpool, Liverpool University Press, 2000.
- Kevin Corrigan, Reading Plotinus: A Practical Introduction to Neoplatonism, West Lafayette, Purdue University Press, 2005.
- John M. Dillon and Lloyd P. Gerson, Neoplatonic Philosophy: Introductory Readings, Hackett, 2004.
- Kevin Corrigan, Reading Plotinus. A Practical Introduction to Neoplatonism, Purdue University Press, 1995.
- Lloyd P. Gerson, Plotinus, New York, Routledge, 1994.
- LLoyd P. Gerson (ed.), The Cambridge Companion to Plotinus, Cambridge, 1996.
- Dominic J. O'Meara, Plotinus. An Introduction to the Enneads, Oxford, Clarendon Press, 1993. (Reprinted 2005)
- John M. Rist, Plotinus. The Road to Reality, Cambridge, Cambridge University Press, 1967.
- Лосев А. Ф. Диалектика числа у Плотина. — M: Изд. авт. 1928. — 194 стр.
- Асмус В. Ф. Античная философия. — M: Высшая школа, 1998.
- Лосев А. Ф. История античной эстетики: Поздний эллинизм. — M: Искусство. 1980. — С. 191–735.
- Гайденко П. П. Понятие времени в античной философии (Аристотель, Плотин, Августин) // Время, истина, субстанция: от античной рациональности к средневековой. — M: 1991. — С. 1–18.
- Ситников А. В. Философия Плотина и традиция христианской патристики. (Серия "Античная библиотека. Исследования"). — СПб.: Алетейя, 2001. — 242 стр.
- Лега В. П. Философия Плотина и патристика: взгляд с точки зрения современной православной апологетики. — M: Изд-во ПСТБИ, 2002. — 123 стр.
- Берестов И. В. Свобода в философии Плотина. — СПб.: Издательство СПбГУ, 2007. 380 стр. ISBN 978-5-288-04234-8
- Челышев П. В. Духовный опыт античного неоплатонизма: Плотин и Прокл о смысле человеческой жизни. — M: Изд-во МГТУ, 2010. — 93 стр.
- Челышев П. В. Духовный опыт античного неоплатонизма в свете христианства. — M: Изд-во МГТУ, 2010. — 144 стр.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118595164 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 (not translated to mul) Plotinus // Qutenberq layihəsi (çd.). Project Gutenberg Literary Archive Foundation, 1971.
- ↑ 1 2 Plotinus // Lord Byron and his Times (ing.).
- ↑ Plotinus. The Ethical Treatises, being the Treatises of the First Ennead, with Porphry’s Life of Plotinus, and the Preller-Ritter Extracts forming a Conspectus of the Plotinian System / Translated by Stephen Mackenna. Boston: Charles T. Branford, 1918, p. 4.
- ↑ Plotinus. The Ethical Treatises, being the Treatises of the First Ennead, with Porphry’s Life of Plotinus, and the Preller-Ritter Extracts forming a Conspectus of the Plotinian System, p. 3.
- ↑ Plotinus. The Ethical Treatises, being the Treatises of the First Ennead, with Porphry’s Life of Plotinus, and the Preller-Ritter Extracts forming a Conspectus of the Plotinian System, pp. 5–28.
- ↑ Plotinus. The Enneads Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine / Translated by Stephen MacKenna. London: Faber and Faber Limited, 1962, pp. 616–617.
- ↑ Plotinus. The Enneads Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine, p. 371.
- ↑ Plotinus. The Enneads Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine, pp. 435–436.
- ↑ Plotinus. The Enneads Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine, p. 67–68.