Populyasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Populyasiya (lat. populus – xalq, əhali) — müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının (cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də Populyasiyası vardır. Populyasiyanın mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. Populyasiya daxilində ərazi və qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması Populyasiyada davamlı struktur yaradır. Populyasiyaya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də Populyasiyanın tutduğu sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə Populyasiyanın ən çox əlverişli sayına onun homeostazı deyilir. Populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. Populyasiyalar sayına və strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə çevrilir. Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə nisbətən populyasıyanın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu populyasiya birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur[1].

Populyasiya arealı

[redaktə | mənbəni redaktə et]

Populyasiya yayılan ərazi (akvatoriya). Növün biologiyasından və mövsümdən asılı olaraq Populyasiya arealı dəyişir-genişlənir və ya daralır. Populyasiya arealı miqrasiya zamanı xeyli genişlənir.

Populyasiya tipləri

[redaktə | mənbəni redaktə et]

Ətraf mühiti dərk etməyə çalışan hər kəs populyasiya anlayışının prinsipial əhəmiyyətini dərk etməlidir.Unutmaq olmaz ki, populyasiya bioloji növün yaşamaq formasıdır.

Bioloji növü təşkil edən fərdlər onun arealı daxilində müxtəlif qaydada yerləşirlər. Ona görə müəyyən sahə vahidinə düşən fərdlərin sayı, yəni populyasiyanın sıxlığı fərqli olur. Populyasiyanın sıxlığı yüksək olan yerlər ilə onun sıxlığı aşağı olan yerlər növbələşirlər. Eyni populyasiyanın sıxlığı eyni bir yerdə bir il yeksək, o biri il isə aşağı ola bilər. Bütün bunlara görə populyasiyaya belə tərif verilir: Bioloji növün arealı daxilində konkret ərazidə yerləşən, uzun müddət (çoxlu nəsillər boyunca) real imkanlar əsasında bir-biri ilə sərbəst cütləşib öz sayını tənzim edə bilən və müəyyən mexanizimlərlə (coğrafi, ekoloji və etoloji mexanizimlərlə) az-çox təcrid olunmuş fərdlər qrupuna populyasiya deyilir. Deməli populyasiyanı müəyyn etmək üçün əsas şərtlər aşağıdakılardır:

  1. Konkret sahədə uzun illər yaşayıb öz sayını tənzim edə bilmək. Stabil olmayan qısa müddətli fərdlər qrupuna populyasiya deyilir.
  2. Müəyyən dərəcədə sərbəst cütləşmək üçün imkanın olması, özü də real imkan-real gen mübadiləsi. Bu baxımdan növün ümumi imkanı populyasiyaya nisbətən daha genişdir. Növün fərdləri arasında sərbəst cütləşmək üçün potensial imkan da vardır. Bu imkanlar növün nisbi stabilliyini gücləndirir. Populyasiyanın sərbəst cütləşmək imkanı onun quruluşunun təkamülünü təmin edir.
  3. Populyasiyalar az-çox təcrid olunmuş halda yaşayırlar. Onları coğrafi, ekoloji və etoloji mexanizimlər təcrid edir.

Populyasiyanın 3 tipi vardır:

  1. Coğrafi populyasiya-növün arealının müəyyən coğrafi ərazisində yerləşən fərdlər qrupudur. Coğrafi populyasiya növaltına və ya yarımnövə uyğun gəlir. Coğrafi populyasiyalar arasında gen mübadiləsi zəifdir. Ona görə də belə populyasiyada səciyyəvi etoloji, ekoloji və biokimyəvi xüsusiyyətlərlə yanaşı müəyyən morfoloji fərqlər də formalaşır.
  2. Ekoloji populyasiya-növün arealının eyni coğrafi ərazisində ekoloji şəraitə görə fərqli sahədə yerləşən fərdlər qrupudur. Ekoloji populyasiyanın təcrid edən mexanizimlər səciyyəvi yuva yerindən, sutkalıq fəaliyyət ritmidən, qidalanma xarakterindən, enerji balansından və başqa ekoloji xüsusiyyətlərdən ibarət ola bilər.
  3. Etoloji populyasiya və ya elementar populyasiya- eyni coğrafi ərazidə və ya eyni ekoloji şəraitdə eyni növə aid olan fərdlərin davranışına görə fərqlənən qrupudur. Belə qrup özünəməxsus davranışını onu qonşu qruplardan az-çox təcrid edib gen mübadiləsini zəiflədir.

Populyasiya artım sürəti

[redaktə | mənbəni redaktə et]

Vahid zamanda populyasiyanın artımı: ΔN/Δt. Burada N populyasiyanın ölçüsü (sayı), t – vaxt.

Populyasiya biologiyası

[redaktə | mənbəni redaktə et]

Ümumi biologiyanın bölməsi: populyasiyaların kompleks öyrənilməsi ilə məşğul olur (ümumi bioloji, demoqrafik, ekoloji, genetik və s. nöqteyi nəzərindən).

Populyasiya dağlaları

[redaktə | mənbəni redaktə et]

Termin N.V.Timofeyev-Resovski (1928) tərəfindən təklif olunmuşdur, populyasiya fərdlərinin biotik və abiotik mühitin müxtəlif faktorlarının təsiri altında sayının dəyişməsini göstərir. S.S.Çetverikova (1909) görə «həyat dalğaları”» adlanır. Populyasiya dağlaları bütün növlər üçün səciyyəvidir və müəyyən təkamül əhəmiyyəti kəsb edir, belə ki, hər hansı bir populyasiyanın sayının kəskin azalması zamanı onlardan canlı qalan fərdlər özlərini nadir genotip kimi göstərə bilər. Sonralar həmin populyasiyanın sayının bərpa olunması sağ qalan fərdlərin hesabına gedir, bu isə genin, deməli genefondun sıxlığının dəyişməsinə səbəb olur.

Populyasiya genetikası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Populyasiya genetikası

Genetikanın təbii populyasiyaların genetik tərkibini, genetik dinamikasını öyrənən bölməsi.

Populyasiya partlayışı

[redaktə | mənbəni redaktə et]

Hər hansı bir növün fərdlərinin sayının (sıxlığının) qəflətən kəskin artması və qarşısının alınması mümkün olmaması. Bir çox növlər üçün (gəmiricilər, cücülər) Populaysiya partlayışı növün dalğavari xarakter daşıya bilər. Populyasiya partlayışı növün introduksiyası zamanı da baş verə bilər (məs. Avstraliyada kroliklərin, SNQ dövlətləri ərazisində amerika ağcaqayınının, Azərbaycanda yenotun artması).

Populyasiya sistemikası

[redaktə | mənbəni redaktə et]

Sistematikanın bölməsi: bir növə aid olan populyasiyaları və onların müqayisəsini öyrənir. Populyasiya sistemikasının nəzəri nöqtəyincə təbiətdə bütün orqanizmlər bu və ya digər populyasiyaların nümayəndələridir.

Populyasiyanın artımı

[redaktə | mənbəni redaktə et]

Müəyyən vaxt müddətinin başlanğıcı və sonunda populyasiyanın ölçüləri arasındakı fərq: bu fərq müsbət və mənfi ola bilər.

Populyasiyanın buferliyi

[redaktə | mənbəni redaktə et]

Mühitin əlverişsizliyi şəraitində populyasiyanın itkiyə müqavimət göstərməsi qabiliyyəti.

Populyasiyanın bütövlük nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Y.Odumun (1975) nəzəriyyəsi olub ona görə populyasiya real bioloji vahid olub müəyyən bioloji konstanta və müəyyən dəyişmə səddinə malikdir.

Populyasiyanın quruluşu və ya strukturu

[redaktə | mənbəni redaktə et]

Populyasiyanı təşkil edən fərdlər cinsiyyətə -erkək və dişi, ailəyə-valideyinlər və onların balaları, yaşa-cavanlar və qocalar, habelə sahədə yerləşməsinə görə qruplar əmələ gətirirlər. Belə qruplaşmalar ekoloji şəraitdən səmərəli istifadə etməyə, vaxta qənaət etməyə və özünü qorumağa imkan verir, rəqabəti azaldır. Məsələn cüt-cüt yaşayan heyvanlar sahədə elə yerləşirlər ki, onlar bir-birindən uzaq düşüb əlaqəsiz qalmasın, nə də çox yaxın olub aralarındakı rəqabəti gücləndirməsin. Adətən qida bazası zəngin olan və sahədə bərabər paylanmış həşartdan, otdan və bu kimi qidadan istifadə edən bübül, qaratoyuq, alacəhrə, meşə sərçəsi və s. heyvanlar cüt-cüt yerləşir. Hər cütün müəyyən sahəsi və qida üçün oradan uzağa getmirlər. Lakin qida bazası, yuva yeri, və başqa ekoloji şəraiti müəyyən bir sahədə olan heyvanlar düşərgələr-kolonyalr əmələ gətirirlər. Bunların morfoloji strategiyası, yəni hərəkət qaydası, qida və su daşımaq qabiliyyəti və s. morfo-fizioloji uyğunlaşmaları yuvasından çox uzağa getməyə imkan verir. Məsələn, arılar, qarışqalar, göyərçin, zağca, qağayı, antiloplar və s. heyvanlar balası olan yerdən çox uzağa gedib-qayıda bilirlər. Su mühitində qida bazası ö qədər zəngindir ki, təkcə cəld hərəkətli heyvanlar deyil, hətta su axını vasitəsi ilə passiv yemlənən hidra, mərcan polipi, assidi və s. heyvanlar böyük düşərgələr əmələ gətirib nəsil verirlər. Populyasiyanın çoxalma dövründən sonra əmələ gətirdiyi qruplaşmalar köməkli formada yemlənmək və qorunmaq üçündür, özü də bir növə məxsus, sərbəst, eləcə də bir neçə növə aid qarışıq fərdlərdən ibarət sürü ola bilər.Deməli heyvanların populyasiyasında koloniyanın əmələ gəlməsinin əsas səbəbi normal nəsil verməyi təmin etmək, çoxalma dövründən kənar vaxtda sürülərdə yaşaması və köməkli qidalanmaq və geniş mənada qorunmaq üçündür.

Bir sıra heyvanların erkəkləri dişilərdən, cavanları qocalardan ayrı qruplr əmələ gətirirlər. Bu da onların arasında növdaxili rəqabəti azaldır. Beləliklə populyasiyanın quruluşu onun təkamülündə formalaşmış uyğunlaşma strategiyasından asılıdır, özü də növdaxili rəqabəti azaldıb, qrup effektini yüksəltməy yönəltmişdir.

Populyasiyanın idarə olunması

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın tərkibindən sayına, morfoloji və davranış əlamətlərinə görə arzu olunmaz fərdlərin kənar edilməsi yolu ilə sayının, cinsi və yaş tərkibinin süni nizamlanması.

Populyasiyanın inteqrasiyası

[redaktə | mənbəni redaktə et]

Qida, sahə və digər qarşılıqlı əlaqələrinin sıx bağlılığı əsasında populyasiyaların vahid ekosistemdə birləşməsi.

Populyasiyanın nizamlanması

[redaktə | mənbəni redaktə et]

Tarazlıq vəziyyətinə uyğun populyasiyanın ölçüsünün (sayının) bərpa olunması cəhdi.

Populyasiyanın sabitliyi

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın öz tərkibini (sayını) daim saxlamağa cəhd etməsi.

Populyasiyanın sayı

[redaktə | mənbəni redaktə et]

Hər bir vaxt anında bir populyasiyaya aid olan orqanizmlərin sayı.

Populyasiya sayının tənzimlənməsi

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın böyüməsinin ləngidilməsi və ya sayının azaldılması üzrə tədbirlər.

Populyasiya sayının tərəddüdü

[redaktə | mənbəni redaktə et]

Abiotik faktorların təsirilə, həmçinin immiqrasiya və ya emiqrasiya prosesində vaxta görə populyasiyanın sayının tərəddüdü (dəyişməsi).

Populyasiyanın sıxlığı

[redaktə | mənbəni redaktə et]

Vahid sahədə və ya həcmdə populyasiya fərdlərinin (və ya biokütləsinin) sayı. Populyasiyanın sıxlığı ətraf mühitin faktorlarından, yaxud mühitin həcmindən asılıdır.

Populyasiyanın sıxlığının tərəddüdü

[redaktə | mənbəni redaktə et]

Bir nəsil müddətində və ya nəsildən-nəslə populyasiyanın məskunlaşma sıxlığının tərəddüdü (dəyişməsi).

Populyasiyanın sanitar vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Doğum ölümə bərabər olduqda və populyasiyanın sıxlığı daim eyni səviyyədə olarkən populyasiyanın inkişaf fazası. Populyasiyanın sanitar vəziyyəti ətraf mühitin optimal şəraitində (abiotik faktorların, parazitlərin, xəstəliyin, emiqrasiyanın kəsgin tərəddüdü olmadıqda) mümkündür.

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  • Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s