Qriqori Potyomkin
Qriqori Potyomkin | |
---|---|
Qriqori Aleksandroviç Potyomkin | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 (24) sentyabr 1739 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 (16) oktyabr 1791 (52 yaşında) |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rus |
Qoşun növü | süvari |
Xidmət illəri | 1761–1791 |
Rütbəsi | General-feldmarşal |
Döyüşlər |
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqori Aleksandroviç Potyomkin(rus. Григо́рий Алекса́ндрович Потёмкин; 13 (24) sentyabr 1739, Çijevo[d], Smolensk quberniyası[d] – 5 (16) oktyabr 1791) — Rusiyanın XVIII əsrdəki genişlənmə siyasətinin memarlarından biri olan bir rus generalı, general-feldmarşal, dövlət xadimi və II Yekaterinanın sevgilisidir. Həyatını çariçayla birlikdə Osmanlı dövlətini parçalayarak Rusiyanın hökmranlığını altında paytaxtı İstanbulda olan yeni bir Bizans imperiyası qurma xəyalına həsr etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qriqori Potyomkin 13 sentyabr 1739-cu il tarixində Rusiyanın qərbindəki Smolensk şəhəri yaxınında alt rütbəli bir zabitin oğlu olaraq dünyaya gəldi. Moskva Universitetində təhsil gördü. Sarayın mühafiz alayına qatıldı. 1762 ildə mühafiz alayından bir qrupun Rus çarı III Pyotru taxtdan endirərək yeni arvadı II Yekaterinanı taxta çıxarması olayına qatıldı. 1774-cü ildən sonra Potyomkin çariçanın sevgilisi oldu və sərhədsiz miqdarda pul-paraya və siyasi gücə sahib oldu. Çariça Potyomkini 1784-cü ildə Rusiya ordusunun baş komandanlığa gətirdi.
II Yekaterina və Potyomkinin xəyalı [[Rusiyanı [[Balkanlara və Asiyaya hökm edən böyük bir imperiya halına gətirmək idi. Bizans imperiyasını Rusiyanın hökmranlığı altında yenidən canlandırmaq və İstanbulu bu imparatorluğa paytaxt etmək istəyirdilər. Bu məqsədlə Polşanı parçalayarak Prussiya və Avstriya arasında paylaştılar. Ayrıca 1774-cü ildə [[Kiçik Qaynarca sülhündən sonra Osmanlı dövlətindən müstəqil hala gələn Krımı Rusiyanın bir parçasına çevirməyə qərar vərdilər. Bu məqsədlə 1783-cü ildə Krımı rəsmən Rusiya torpaqlarına qatdılar. Q. Potyomkin Rusiyanın Krım kralı oldu. Krımda Xerson, Nikolayev, Akyar və Yəkaterinoslav kimi yəni Rus qəsəbələri qurdu. 1787-ci ildə II Yekaterina Krıma göstərişli bir ziyarətə gəldi. Məqsəd Osmanlı dövlətini sindirməq və Krımı Rusiyanın qalıcı bir parçası halına gətirmək idi.
Osmanlılar bu hərəkətləri Kiçik Qaynarca sülhüna qarşı görərək Rusiyaya müharibə eləan etdilər. Rusiya-Osmanlı müharibəsi 5 il davam etdi. Potyomkin 1790-cı ilndən etibarən müharibəni bugünkü Rumıniyanın şimal şərqində olan Yaş şəhərində qurduğu çox göstərişli qərargahından idarə etdi. 1791-ci ildə çariçənin yəni səvgilisi Platon Zubovu bitərəf ətmək üçün qısqanclıqdan Sankt-Peterburqa gəri döndü. Ancak çariçə Potyomkinin Yaşa gəri dönərək Osmanlılarla sülh müzakirəsi aparmasını istiyirdi. Yola çıxandan sonra 5 oktyabr 1791 tarixində Yaş şəhərinin 65 km uzaklıqta yüksək qızdırma və həzimsizlikdən öldü. II Yekaterina Potyomkini özünün qurduğu Xerson şəhərində inşa ettirdiyi Katərina katədralinə dəfn etdirdi.
Potyomkinin ölümündən 1 il sonra Rusiyayla Osmanlı dövləti Potyomkinin qərargahının olduğu yerdə Yaş şəhərində [[Yaş sülhünü imzaladılar. Bu sülhə görə Osmanlı dövləti məcburən Krımı Rusiyaya buraxmağa razı oldu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 24 sentyabrda doğulanlar
- 1739-cu ildə doğulanlar
- Smolensk quberniyasında doğulanlar
- 16 oktyabrda vəfat edənlər
- 1791-ci ildə vəfat edənlər
- 52 yaşında vəfat edənlər
- "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Rusiya hərbçiləri
- XVIII əsr tarixi
- General-feldmarşallar