36°11′01″ şm. e. 27°57′50″ ş. u.HGYO

Rodos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rodos
yun. Ρόδος
Attaviros dağının və Rodos adasının qərb hissəsinin mənzərəsi
Attaviros dağının və Rodos adasının qərb hissəsinin mənzərəsi
Ümumi məlumatlar
Sahəsi 1398 km²
Uzunluğu 78km
Eni 38km
Hündür nöqtəsi 1.215 m
Əhalisi 125.000 nəfər
Yerləşməsi
36°11′01″ şm. e. 27°57′50″ ş. u.HGYO
Ölkə  Yunanıstan
Akvatoriya
Rodos xəritədə
Rodos
Rodos
Rodos (Yunanıstan)
Rodos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir. Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən biridir.

Adanın inzibati mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir.

  • Adaya xaçpərəstliyi Həvari Pavel gətirib.
  • 395-ci ildə Rodos Bizans İmperiyasının tərkibinə daxil olub.
  • Müsəlmanlar adanı ilk dəfə 672-ci ildə işğal ediblər.
  • İmperator I Aleksey Komnin adanı yenidən Bizans İmperiyasının tərkibinə qatıb.
  • 1309-cu ildə ada Malta ordeninin qospitalyerləri tərəfindən işğal edilib.
  • 1444-cü ildə misirlilərin, 1480-ci ildə isə II Mehmetin hücumlarına tab gətirib.
  • 1522-ci ildə Sultan Süleyman adanı ələ keçirib və Osmanlı İmperiyasının tərkibinə qatıb.
  • 1912-ci ilə İtaliya-Osmanlı müharibəsinin nəticəsində İtaliya adanı ələ keçirib.
  • 1948-ci ildə ada Yunanıstana birləşdirilib.