Ruhullah Xomeyni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ruhullah Xomeyni
fars. سید روح‌الله موسوی خمینی
Doğum adı سید روح‌الله مصطفوی
Doğum tarixi 17 may 1900(1900-05-17)[1][2][…] və ya 24 sentyabr 1902(1902-09-24)[3]
Doğum yeri
Vəfat tarixi 3 iyun 1989(1989-06-03)[4]
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[6][7]
Dəfn yeri
Tanınmış yetirmələri Hüseynəli Müntəziri, Əbdül Rəhim ��qiqi Bəxşayeşi[d]
İmza
imam-khomeini.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[1][2][…] və ya 24 sentyabr 1902[3], Xomeyn, Qacar dövləti[5]3 iyun 1989[4], Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma.

Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şahaPəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən Fransaya köçmüş və bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşamışdır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrilmişdir. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etmişdir.

Həyatı boyu Amerika Birləşmiş ştatları və İsrailə düşmən münasibətləri sərgiləmiş, İsrail zülmünə qarşı Fələstinə və Livana maddi və hərbi dəstək vermişdir.[mənbə göstərin]

1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]