Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Senzor (lat.censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi.
ədəb-ərkana, davranışa nəzarət (lat.censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat.senatu movere), rütbənin kiçildilməsi (lat.tribu movere) və ya alınması (lat.tribubus omnibus movere), bu zaman günahkar erari (lat.aerarius) adlandırılırdı. Senzor dəbdəbəyə qarşı edikt çıxartmağa səlahiyyətlidir;
maliyyə nəzarəti: ictimai torpaqların satışa çıxarılmasından gələn gəlirlərə, dövlət gəlilərinə, gömrük vergilərinə, mədən gəlirlərinə, hərbi xərclərə və təchizata və s.;
ictimayi mülklərin, bina və müəssisələrin tikilməsinə və təmirinə (lat.opera publica) nəzarət.