U Tsetyan
U Tsetyan | |
---|---|
çin. 武曌(武則天)[1] | |
Doğum tarixi | 17 fevral 624 |
Vəfat tarixi | 16 dekabr 705[2] (81 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | empress consort[d], şair, empress regnant[d] |
Vikianbarda əlaqəli mediafayllar |
U Dzetyan, digər adı: U Xoy (çin. 武則天; 17 fevral 624 – 16 dekabr 705[2], Loyan[d][3][4][…]) - Tan sülaləsinin imperatriçası.
İlk illəri
[redaktə | mənbəni redaktə et]13 yaşında olarkən U Xoy Çinin ilk Tanq imperatoru Tay Çzuna azyaşlı kəniz kimi xidmət edib. 649-cu ildə Tay Çzun ölən zaman U Xoy özünün də meyli olduğu Tay Çzunun varisi Kao Çzuna xidmət etməyə başlamış və onun sevimli arvadı olmuşdu. O, Kao Çzunun digər arvadları – gələcək imperatriçə də daxil olmaqla – və kənizlərini öldürdü və 655-ci ildə özünü imperatriçə elan etdi.
Hakimiyyət illəri
[redaktə | mənbəni redaktə et]U Xoy onun imperatorla olan əlaqələrinin yaxın qohumlar arasındakı cinsi əlaqə olduğunu dilə gətirən adamları aradan götürərək, dövlət içində öz təsir gücünü artırdı. İmperatorun əmisi də daxil olmaqla, çoxsaylı yaşlı dövlət adamlarını ya edam etdirdi, ya da imperiya sərhədlərindən qovdu. 660-cı ildə imperatorun xəstələnməsi ilə o, tam ağalığa başladı. 660 və 668-ci ildə Koreya ərazisini işğal edən dövlət qulluqçularını və xüsusi seçilmiş hərbi komandirləri azad etdi və işlə təmin etdi.
Kao Çzun ölən zaman hakimiyyətə U Xoyun oğlu Çunq Çzun gəldi. Bir ay içində oğlunu devirən və ölkədən qovduran U Xoy hakimiyyətə ikinci oğlu Çuy Çzunu gətirsə də, hökmdar kimi ölkəni özü idarə edirdi. Çunq Çzun uğrunda başlayan üsyan isə yatırıldı.
Ölümü
[redaktə | mənbəni redaktə et]690-cı ildə taxt-tacı ələ keçirdi və qarşıdan gələn on beş il üçün ölkəni idarə etdi. Ölkənin iki yerə parçalanmasına baxmayaraq, Çanq qardaşları dövlət işçilərini və sərkərdələri təhqir etdiyindən ehtiram qazanmışdılar. 705-ci ildə saray çevrilişi baş verdi və Çanqlar edam edildi; imperatriçə hakimiyyəti oğlu Çunq Çzuna verməli oldu. 80 yaşında yay sarayına çəkildi və ondan bir qədər sonra öldü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://cbdb.fas.harvard.edu/cbdbapi/person.php?id=93663.
- ↑ 1 2 FitzGerald C. P. Wuhou // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://www.studyblue.com/notes/note/n/final/deck/8893539.
- ↑ 1 2 http://www.drben.net/ChinaReport/Sources/Geography/Rivers/Yellow_River/History/Yellow_River-Huang_He-History_Of-4-Sui_Dynasty-Tang-Dynasty.html.