Urotropin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Urotropin (heksametilentetramin, heksamin) — politsiklik amin. Tibbdə beynəlxalq patentlənməmiş metenamin adı ilə tətbiq olunur. Sistematik adlandırmaya görə 1,3,5,7-tetraazotritsiklo[3,3,11]-dekan, tarixi adı isə-urotropindir.

Ürotropinin polikristalı

Kimyəvi formulu C6H12N4 Molyar kütləsi 140 q/moldur.

375x375пкс

Alınması və xassələri

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1859-cu ildə rus alimi A.M.Butlerov tərəfindən alınmışdır. Ammonyak (4mol) və formaldehidin(6mol) qarşılıqlı təsirindən alınır.Sturukturasına görə adamantana bənzəyir. Lax balıq iyi verən, şirin, 2700C-də sublimasiya edən, ağ kristallik maddədir. Hiqroskopikdir, suda,spirtdə asan həll olur, xloroformda və karbonsulfiddə həll olur, dietil efirdə isə az həll olur. Urotropin rəngsiz, parlaq romboedrik tərzdə etanoldan kristllaşır, vakuumda, demək olar ki, parçalanmadan sublimə edir, suda istilik ayrılmaqla və heksa-hidrat əmələ gətirməklə həll olur. İlıq suda urotropin soyuq suya nisbətən az həll olur, əksinə, qaynar etil spirtdə urotropinin həll olması soyuğa nisbətən çoxdur.

Urotropinin qələvi ilə qarşılıqlı təsirində çox asan aşkar olunan ammonyak ayrılır. Turşularla urotropin suda həll olan kristallik birləşmələr əmələ gətirir. Üzvi turşuların iştirakı ilə hidrogen peroksidlə heksametilen-triperoksiddamin əmələ gətirməklə qarşılıqlı təsirdə olur. Çox yüksək reaksiya qabiliyyətinə malikdir,külli miqdarda duz əmələ gətirir, fenollarla birləşmə məhsulları verir. Yandırıldıqda çox sakit, hissiz yanır: alışandır, lakin partlayıcı deyil. Yanma istiliyi 30,045 MG/kq

  • Polimerlərin istehsalı-Fenolfoemaldehid qətranlarının istehsalında tətbiq olunur. Habelə, formaldehidin əvəzedicisi kimi zülalların və digər plastik kütlələrin alınmasında istifadə olunur.
  • Tibbdə- Hal-hazırda heksametilentetramin 100 ildən çox sintetik dərman preparatı kimi istifadə olunan maddələrdən biridir. XIX-XX əsrin kəsişməsində o, tətbiq olunmağa başlamışdır.

Preparat antiseptik effekt göstərir əsasən sidik yollarında həm saf halda, həm də kombinə olunmuş dərman vəsaitlərinin tərkibində tətbiq olunur.(məsələn, kalseks) Saf, təmiz halda daxili və ya damar daxili, duz şəklində tətbiq olunur(hippurat,indiqokarminat və ya komforat) Onun təsir mexanizmi zülal bakteriyalarının denaturlaşdıran və dəriyə aşılayıcı təsirə malik olan sərbəst formaldehidin çıxarılmasına əsaslanır. Bu da heksametilen-tetraminin toxuma xüsusiyyətli fəsaliyyətinə və preparatın nisbi təhlükəsizliyinə səbəb olur. O, yalnız sidiyin turş mühitində fəal formaldehidin ayrılmaqla parçalanır və bununla sididikçıxan yollarının xəstəliyinə səbəb olan bakteriyalara bilavasitə təsir edir. Preparatın təsiri dozadan asılıdır.

  • Qida əlavələri-Yeyinti sənayesində əlavə-konservant (kod E239) kimi qeydə alınıb. Çox vaxt pendir istehsalında, həmçinin ikranın konservasiyasında tətbiq olunur. Rusiyada 1 avqust 2008-ci ilə kimi yeyinti, qida məhsullarının istehsalında insanın sağlamlığına ziyan verməyən “qida əlavəsi” kimi sayılırdı, lakin 1 iyul 2010-cu ildə buna qadağa qoyulmuşdur. Ukraynada isə ona qadağa qoyulmamışdır.Şirintəhər dada malikdir.
  • Məişətdə “Quru yanacaq”, “Quru spirt”, “Alışdırıcı” satış adı altında hərəsi 10q olan 10 həbli və ya 16q olan 5 həbli paçkalarda satılır. Yeməyin hazırlanmasında və ya qızdırlmasında yanacaq kimi sobaların yandırılmasında və közərtməsində, anbarların, zirzəmilərin, qarajların isitməsində, qızmasında tətbiq olunur.(“Quru spirt” kimi metaldehid də istifadə etmək olar)

Digər tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]
  1. Analitik kimyada bufer məhlulların komponenti kimi
  2. Partlayıcı maddələrin (heksogenin istehsalında xammal) və heksametilentriperoksiddiamin istehsalı və alınmasında
  3. Korroziyanın ingibitoru kimi və qismən detalların, hissələrin hidrogenlə hopdurulmasının qarşısını alır.
  4. İnhibitor kimi aşındırmada zəhərlənməkdən qorunmaq üçün tətbiq olunur.
  5. Stabilizator kimi zarinin istehsalında tətbiq olunur.

Təhlükəsizliyi

[redaktə | mənbəni redaktə et]

Məhlullardan urotropin dəri ilə udula, absorbsiya ola bilər və bu zaman o, bəzi insanlarda aleergiyanı xatırladan dərinin qıcıqlanmasına səbəb olur.

  1. Сучак Н.Ю. Уротропин: методические рекомендации к лабораторным занятиям для студентов. Изд. Алт-гос.техн. ун-та, 2014.
  2. Общая органическая химия. М.Химия, 1983.
  3. Огородников С.К. «Формальдегид». Л.Химия. 2006.
  4. Волчина Т.Н, Сорока Л.С. Промышленная органическая химия. Томск. Изд-во ТПУ, 2008.