Yuxu
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac adam yuxusunda da bir xurcun çörək görər. Ləzgi atalar sözləri
- Ac toyuq yuxusunda darı görər. Azərbaycan atalar sözləri/A
- Aclıq dad bilmir, yuxu səliqə-sahman, ehtiras — həya. Teluqu atalar sözləri
- Allah yuxudan tez duranları sevir. İspan atalar sözləri
- Ayıq vaxtı yuxu görən, gecə yatarkən yuxu görəndən çox qabağa gedir. Edqar Allan Po
B
[redaktə]- Balaca adam böyük yuxular görər. Assuri atalar sözləri
- Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur. Alber Kamyu
- Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo
- Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. İmmanuel Kant
- Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan. Murathan Mungan
- Bütün insanlar şeylərin səbəblərindən xəbərsiz olaraq doğulurlar və hamısının özləri üçün faydalı olanı axtarmaq istəkləri var. Bunun birinci nəticəsi budur ki, insanlar öz istəklərindən xəbərdar olduqları üçün özlərini azad hesab edirlər və onları tanımadıqları üçün onları bu istək və arzuya sövq edən səbəbləri yuxuda belə görmürlər. İkinci nəticə odur ki, insanlar hər şeyi bir məqsəd naminə, məhz can atdıqları mənfəət naminə edirlər. Buradan belə nəticə çıxır ki, onlar həmişə baş verənlərin yalnız son səbəblərini (causae finales) tapmağa çalışırlar və onlara göstərilən zaman sakitləşirlər, əlbəttə ki, əlavə şübhələr üçün heç bir əsas olmadan. Onları başqasından öyrənməyə imkanları yoxdursa, özlərinə üz tutub görməkdən başqa çarələri yoxdur. Belə hallarda özləri, adətən, hansı məqsədləri rəhbər tuturlar; beləliklə, onlar mütləq digərini özləri mühakimə edirlər. Bundan əlavə, onlar öz daxilində və xaricində faydalarının həyata keçirilməsinə böyük töhfə verən bir çox vasitə tapdıqları üçün, məsələn: görmə üçün gözlər, çeynəmək üçün dişlər, yemək üçün bitki və heyvanlar, işıqlandırma üçün günəş, balıqları bəsləmək üçün dəniz və s., deməli, onlar bütün təbii şeylərə öz mənfəətləri üçün vasitə kimi baxırlar. Onlar bilirlər ki, bu vasitələri özləri hazırlamırlar, özləri tapırlar və bu, onlara inanmağa əsas verir ki, bu vasitələri onların istifadəsi üçün hazırlayan başqa biri var. Əslində, əşyalara vasitə kimi baxaraq, bu şeylərin özlərini belə etdiyini düşünə bilməzdilər. Ancaq özlərinin adətən özləri üçün hazırladıqları vasitələrə bənzətməklə, gərək belə bir nəticəyə gəliblər ki, insan azadlığı bəxş edilmiş hansısa təbiət hökmdarı və ya hökmdarları var ki, onlar üçün hər şeyin qayğısına qalıb, hər şeyi onların istifadəsi üçün yaradıb. Bu hökmdarların xarakteri, heç vaxt bu barədə heç nə eşitmədikləri üçün, özləri mühakimə etməli oldular. Nəticə etibarilə onlar belə hesab edirdilər ki, Tanrılar hər şeyi insanların xeyrinə təşkil edir ki, insanlar onlara bağlansınlar və onlara ən yüksək ehtiramları bəxş etsinlər. Benedikt Spinoza
- Bütün yuxular ümumi xüsusiyyətlərə malikdir. Belə ki, onların hamısı gün ərzində cuşa gələn, amma həyata keçirilməyən arzuların biz yatanda təmin edilməsindən ibarətdir. Yuxular arzuların ən sadə və açıq şəkildə həyata reallaşdırılmasıdır. Ziqmund Freyd
D
[redaktə]- Dəli — oyaq olarkən yuxu görən insandır. Ziqmund Freyd
- Dərrakə çox vaxt yatır, onu oyatmasan, həmişə yuxulu olur. Uilyam Şekspir
E
[redaktə]- Elementlərin necə lazımdır düzülməsini yuxuda çox aydın gördüm. Yuxudan oyanıb elə o dəqiqə yuxuda gördüyümü bir kağıza yazıb yenidən yuxuya getdim. Sonralar yalnız bir yerdə düzəliş etməli oldum. Dmitri Mendeleyev
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
Ə
[redaktə]- Əgər bu həyatda mütləq qiymət bilmək lazımdırsa, yalnız öz qiymətini bil. Boşver! Necəsə hər yuxu günəşlə sonlanır. Bob Marli
- Ən dərin yuxular ən çılğın olanlardır. Ziqmund Freyd
- Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur. Nikolay Çernışevski
F
[redaktə]- Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
G
[redaktə]- Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər. Edqar Allan Po
H
[redaktə]- Hər bir insan gördüyü yuxunun yozumudur. Ziqmund Freyd
- Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
X
[redaktə]- Xəsisin yuxusu gəlməz. Benqal atalar sözləri
- Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır. Özdəmir Asaf
İ
[redaktə]- İnsan bütün ömrü boyu yuxular görür. Düzdür, bəzən o bir dəqiqəliyə oyanır, süst halda dünyaya baxır, sonra yenidən şirin yuxuya gedir. Mark Tven
- İşləyənə — çörək, işsizə — yuxu. Başqırd atalar sözləri
M
[redaktə]- Mədəsi tox yatan qarışıq yuxular görər. Assuri atalar sözləri
N
[redaktə]- Nədənsə müharibə və inqilab çağında insanlar çoxlu yuxular görürlər. Sülh zamanı belə şeylər olmur; hamı kötük kimi yatır. Andrey Platonov
O
[redaktə]- O yuxuna girəcəm deyə söz verdi. Neçə illər keçdi ki, bu sözə görə gözümə yuxu gəlmədi. İsgəndər Pala
- Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni. Alfred Hiçkok
- Onların arxasınca gedəcək cəsarətiniz varsa, bütün yuxular reallaşa bilər. Uolt Disney
Ş
[redaktə]- Şübhə qızdırmalı xəstəyə bənzər — yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər.[2] Cənab Şəhabəddin
T
[redaktə]- Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. (Qotlib Teodor Hippel)
Ü
[redaktə]- Ürəyi təmiz olanın yuxusu da şirin olar. Moldav atalar sözləri
Y
[redaktə]- Yaxşı keçirilmiş bir günün, xoşbəxt bir yuxu gətirməsi kimi; yaxşı yaşanmış bir həyat da xoşbəxt bir ölüm gətirir. Leonardo da Vinçi
- Yaxşı yuxu, yumşaq qarın və tərləmə — uzun ömrün şərtləridir. Əbül Fərəc
- Yuxu, atanı, ananı, qardaşı, bacını, bir sözlə, qarşımıza çıxan hər kəsi öldürməyə hazırdır. Ziqmund Freyd
- Yuxu — ən gözəl ixtiradır. Henrix Heyne
- Yuxu öldürür (ing. Sleep Kills). — Qarağac küçəsində qarabasma (film, 1984)
- Yuxu heç vaxt mənasız olmur. Biz istəmirik ki, yuxuda nə isə bizi narahat etsin. Əgər gördüyümüz yuxuları yozmaq istəsək, görərik ki, zahirən zərərsiz görünən yuxular da zərərli ola bilər. Ziqmund Freyd
- Yuxu — yuxu görən insanın ruhi fəaliyyət halıdır. Ziqmund Freyd
- Yuxular- bu, şüursuzluğa gedən şah yoldur. Ziqmund Freyd
- Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: "Yuxular — insanın xarici aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas etməsidir". Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul olunmuşdur. Ziqmund Freyd
- Yuxular reallığın, reallıq isə yuxuların əksidir. Ziqmund Freyd
- Yuxular şüuraltına gedən ən əsas yoldur. Ziqmund Freyd
- Yuxularımızda bir ayağımız həmişə uşaqlığımızda olur. Ziqmund Freyd
- Yuxuların bir müddətdən sonra yaddan çıxması, yatanda gördüyümüz yuxuların oyananda beynimiz tərəfindən çox qəribə hal kimi qəbul olunub bir kənara atılması və həmin yuxuları qismən dəyişdirən, yaxud tamamilə rədd edən xatirələrimiz… Məhz bu və buna bənzər problemlər əsrlər boyunca öz izahını gözləmiş və nəhayət, müasir dövrümüzdə qənaətbəxş nəticələr əldə edilmişdir. Ziqmund Freyd
- Yuxularını danışa biləcəyin bir insan varsa, özünü tənha hesab etməyə haqqın yoxdur… Faina Ranevskaya
- Yuxuların uzun, çoxmənalı, ifrat və mübaliğəli olması onların uşaq fitrətinə malik olduğunu göstərir. Belə ki, uşaqların ən çox arzuladığı şey tez böyümək və böyüklər qədər pay almaqdır. Sözün düzü, uşaqları razı salmaq çətindir; çünki "bəsdir" sözünün qətiyyən başa düşmürlər. Ziqmund Freyd
- Yuxuların ziddiyyət və təzadlara yanaşma tərzi çox nəzərə çarpan olsa da, insanlar çox vaxt onu görməməzlikdən gəlirlər. Yuxular üçün "yox" yoxdur. Yuxular təzadları bir yerə yığıb onları birləşdirir və vahid şəkildə göstərir. Bununla yanaşı, yuxular ziddiyyət arzularının yaratdığı bəzi təsadüfi elementləri əks etdirmə məharətlərindən istifadə edirlər ki, yuxularını yozmaq istəyən insanlar gördükləri mənfi və ya müsbət elementləri ilk baxışda başa düşüb seçə bilməsinlər. Ziqmund Freyd
- Yuxumuz nə qədər qəribə görünürsə, bir o qədər dərin məna daşıyır. Ziqmund Freyd