Livermorium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
116 moskoviumLivermoriumtennessin
Po

Lv

Ümumi
Ad, İşarə, Nömrə Livermorium, Lv, 116
Qrup, Dövr, Blok 16, 7, p
Xarici görünüşü
Atom kütləsi [293] q/mol
Elektron formulu [Rn] 5f¹⁴ 6d¹⁰ 7s² 7p⁴
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
12900000q/m³ q/L
Ərimə temperaturu 364-507 °C °C
(637–780 K K, 687-944 °F °F)
Qaynama temperaturu 762–862 °C °C
(1035–1135 K K, 1403–1583 °F °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi ±2 ; +4
Spektr =
İonlaşma enerjisi 1-ci: 663.9 kC/mol

2-ci: 1330 kC/mol 3-cü: 2850 kC/mol kCmol-1

Livermorium (Lv) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 116-cı element. Element Ernst Lourens adına Livermorsk milli laboratoriyasında sintez olunmuşdur və bu ad həmin laboratoriyanın şərəfinə verilmişdir. Laboratoriya Kaliforniya ştatında Livermor şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adı isə 1816-cı ildə İngiltərədən Kaliforniyaya mühacirət etmiş və bu şəhərin əsasını qoymuş fermer Robert Livermorun adını daşıyır. Beləliklə, bu elementin adında faktiki olaraq heç kimə tanış olmayan fermerin adı əbədiləşib.

Adı 30 may 2012-ci ildə IUPAC tərəfindən qəbul edilmişdir. Livermoriumun beş izotopu məlumdur. Kütlə sayı 288 və 290-293 daxil olmaqla; onların arasında ən uzunömürlü olanı təxminən 60 millisaniyəlik yarımparçalanma dövrü ilə Livermorium-293-dür. Kütlə sayı 294 olan altıncı mümkün izotop haqqında məlumat verilmiş, lakin hələ təsdiqini tapmamışdır. Dövri cədvəldə p-blok transaktinid elementidir. 7-ci dövrün üzvüdür və ən ağır xalkogen kimi 16-cı qrupda yer alır, lakin onun xalkogen poloniumun daha ağır homoloqu kimi davranması təsdiqlənməmişdir. Livermoriumun daha yüngül homoloqları ilə (oksigen, kükürd, selenium, tellur və polonium) bəzi oxşar xassələrə malik olması və keçiddən sonrakı metal olması güman edilir, baxmayaraq ki, onlardan bir neçə əsas fərqli cəhətləri ilə seçilir.


http://www.nkpi.az/?page=addread&id=2918[ölü keçid] Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.