Rivoli küçəsi (Paris)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rivoli küçəsi
Rue de Rivoli
Ümumi məlumatlar
Ölkə
Şəhər I arondisman, ‎IV arondisman
Uzunluğu 3070 m
Eni 20,78 m
metro Concordo

Rivoli küçəsi (fr. Rue de Rivoli) — Parisin ən məşhur və ən uzun küçələrindən biri. Rivoli Konkord meydanından başlamış Şanzelize prospektinin şərqə doğru davamı olub, Sena çayının sağ sahili boyu 3 km uzanır. Küçənin Pale Royala qədər olan hissəsi 1806 cı ildə Napoleonun sərəncamı əsasında salınmış, 1797 ci ildəki Rivoli yaxınlığında qazanılmış qələbənin şərəfinə adlandırılmışdır. Sonralar X Karl və Lui Fillip Napoleonun başlamış olduğu bu küçəni şərqə, Mare məhəlləsinə qədər uzatmışlar. Qotik üslublu Sen Jen qülləsi, Janna d'Arkın qızılı atüstü heykəli bu küçə´də yerləşir.